İmişlidə Avropa İttifaqının dəstəyi ilə təlim keçirilib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 2-3-4 dekabr 2017-ci ildə İmişli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə “Qiymətləndirmə və Dəyərləndirmə” mövzusunda 3 günlük təlim keçirib.
11 Dekabr 2017 13:19 Sosial"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi 2-3-4 dekabr 2017-ci ildə İmişli rayonunda yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə "Qiymətləndirmə və Dəyərləndirmə" mövzusunda 3 günlük təlim keçirib.
Keçirilən təlimin məqsədi təşkilatların daha səmərəli fəaliyyətləri üçün qiymətləndirmə, qiymətləndirmənin əsasları, növləri və həyata keçirilmə məqsədləri, qiymətləndirmə və monitorinqi fərqləndirən cəhətlər mövzularında bilik və bacarıqların artırılmasına həsr edilmiş seminarlar olub. Qeyd olunan mövzular barəsində qrup işləri və təqdimatı, fikir mübadilələrinin aparılması, təlim iştirakçılarına bu mövzularda daha ətraflı biliklərin verilməsi də həyata keçirilib.
Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı və Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib. 3 gün ərzində təşkil olunan təlimdə ekspertlər və iştirakçılar arasında qarşılıqlı müzakirələr və qrup işləri tədbirin maraqlı keçməsində mühüm rol oynayıb. Yerli QHT-lərlə təlimlərin növbəti mərhələləri davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutulan digər fəalliyətlər də həyata keçiriləcək.
Qeyd edək ki, təlim Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində keçirilib. Cebhe.info