815 şagird fənn müsabiqələrində iştirak edib
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində Bakı şəhəri üzrə 815 şagird qatılıb.
11 Dekabr 2017 13:25 SosialBakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib. "OLAYLAR"-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində Bakı şəhəri üzrə 815 şagird qatılıb. Onlardan 196 nəfəri riyaziyyat, 140 nəfəri kimya, 175 nəfəri fizika, 159 nəfəri biologiya, 145 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. Fənn müsabiqələrinin finalı fizika, riyaziyyat və informatika fənləri üzrə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində, kimya və biologiya fənləri üzrə isə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təşkil edilib.