Sosial

"Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

26 Dekabr 2017 14:18

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. 

Azercell kiber-təhlükəsizlik tədbirlərinə davam edir

26 Dekabr 2017 13:59

İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azercell Telekom MMC daha bir layihəyə başlayıb. Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.

Bu il gənclər təşkilatlarının 109 layihəsi maliyyələşdirilib

26 Dekabr 2017 13:35

2017-ci il ərzində Azərbaycanda gənclər sahəsində 141 tədbir keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub.

Gəmiçilikdə Rusiya şirkətləri ilə görüş keçirilbi

26 Dekabr 2017 13:32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyası, “Qazprombank” Səhmdar Cəmiyyəti və Rusiya İxrac Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı qonaqlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC haqqında ətraflı məlumat verilib. Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub. 

Bu il doğuş zamanı 20 ana ölüb – 4 həkim işdən çıxarılıb

26 Dekabr 2017 13:08

Azərbaycanda bu il ərzində 20 ana ölümü faktı qeydə alınıb. Bu barədə  Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.

Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək

26 Dekabr 2017 13:02

Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Sabah hava küləkli olacaq

26 Dekabr 2017 12:59

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə

26 Dekabr 2017 12:51

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 26-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Belə ki, vətəndaşlar internet vasitəsilə hərraca qatılıblar.

14 yaşlı Leylanın müəmmalı ölümü - "AİLƏNİN DƏ, MƏKTƏBİN DƏ GÖZÜ İDİ"

26 Dekabr 2017 12:42

Sabirabad rayonunda 14 yaşlı qızın dərmandan zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.  Sabirabad rayon Prokurorluğundan bildirilib ki, Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Şövqi qızı Gözəlovanın ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

Nazirlik açıqlama yaydı- həbs olunan rəis işdən qovulubmuş

26 Dekabr 2017 12:26

Daxili İşlər nazirliyinin mətbuat xidməti Su Nəqliyyatında Polis İdarəsinin Ələt postunda rəis, polis polkovniki Fərhad Məmmədxanovun həbsi ilə bağlı açıqlama yayıb. Nazirlikdən “Olaylar”a daxil olan xəbərdə bildirilir ki, xəbərdə adıçəkilən şəxs hazırda daxili işlər orqanlarının əməkdaşı deyil: “Həmin xəbərdə “polis polkovniki” kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. Həmin şəxs təxminən 6 ay əvvəl – bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, cənab nazirin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.

"AGBank" da bağlanır?

26 Dekabr 2017 12:22

Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

26 Dekabr 2017 12:19

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

SABAH tələbələri “Azər Türk Bank”ın xüsusi təqaüdünə layiq görülüb

26 Dekabr 2017 12:18

Təhsil Nazirliyi SABAH qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər.”OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə gör, “Azər Türk Bank” hər il  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 11 nəfər tələbənin bir illik  təhsil haqqının ödənilməsi barədə qərar verib.

Arvadın başını qırxıb, qabırğasını sındırdılar - Bakıda DƏHŞƏTLİ HADİSƏ - VİDEO

26 Dekabr 2017 12:16

1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb. Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya gətirilərkən başı qırxılmış vəziyyətdə olub.