Sosial
Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri verildi
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirləri Ağdam və Ağcabədi rayonlarında davam etdirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki rayonda inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
“Zəngəzur” sənədli filminin təqdimatı olub
Dekabrın 26-da Bakıda “Zəngəzur” sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AMEA-nın Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Xaləddin İsgəndərovun maxinasiya xəritəsi
Fazil Məmmədov vergilər naziri postunda ikən görəvləndirdiyi yaxın qohumlarından biri də Xaləddin İsgəndərovdur. Nazir yeznəsi olan Xaləddin İsgəndərovu Vergilər Nazirliyinin Vergilər Departamenti rəisinin birinci müavini postuna təyin etmişdi. 4 il əvvəl isə onu Binəqədi İcra Hakimiyyətinə rəhbər gətirməyə nail oldu.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Yanvarın 4-nə qədər bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimi tətbiq edilib.
Hakimiyyət fikir, söz və məlumat azadlığının təmin olunmasında maraqlıdır
Müasir dövrümüzü mediasız, kütləvi informasiya vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür. Bu gün media, kütləvi informasiya vasitələri sanki gündəlik qəbul edə biləcəyimiz qida rasionuna çevrilib. Sadə vətəndaşından tutmuş məmuruna qədər hər kəs gündəlik ölkə həyatında baş verən prosesləri izləmək, baş verənlər barədə məlumat toplamaq üçün kütləvi informasiya vasitələrinə üz tutur, onun yazdıqlarına nəzər diqqət yetirir.
Bakıda tibb müəssisələrindən kənar 94 doğuş olub
Bu gün Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bildirilib ki, 2017-ci ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.
Vəkillər Kollegiyası pullu hüquqi xidmət sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərən hüquqşünaslara müraciət edib
Vəkillər Kollegiyası pullu hüquqi xidmətlər sahəsində fərdi sahibkar qismində fəaliyyət göstərən namizədlərlə bağlı məlumat yayıb. Kollegiyadan daxil olan məlumatda qeyd olunub ki, 31 oktyabr 2017-ci il tarixdə Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, yanvarın 1-dən etibarən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına qanunvericilik səviyyəsində məhdudiyyətlər qoyulacaq: “Hüquq ictimaiyyəti arasında müzakirələrə səbəb olan bu dəyişikliklərin əsas məqamlarından biri də fərdi sahibkar qismində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətlərinin iş stajına bərabər tutulub-tutulmaması ilə bağlı idi. Belə ki, məsələyə birmənalı yanaşmanın mövcud olmamasının səbəbi milli qanunvericilikdə “iş stajı” anlayışına münasibətdə vahid yanaşmanın mövcud olmaması idi. Bu cür vəziyyət hazırda ölkə üzrə fəaliyyət göstərən “nümayəndə”lərin vəkilliyə sənəd qəbulu məsələsində maneə olaraq hesab olunurdu.
Təcili yardım: Bu il avtoqəzaların sayı azalıb
2017-ci ildə Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31 510 olub. Stansiyada ilin yekunlarına həsr edilmiş tədbirdə bildirilib ki, hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.
Qazanılan nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir
“Azərbaycan idman sahəsində böyük nailiyyətlər əldə etməkdədir. Bu nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə gör, bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov səsləndirib.
İnsan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilir
“Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində İnsan alveri” mövzusunda kütləvi maarifləndirmə tədbirləri keçirilib.
İnam Kərimov: "Vətəndaş şəxsiyyət vəsiqəsini istənilən ASAN Xidmət-dən ala biləcək"
"Tezliklə qeydiyyatdan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət mərkəzində ala biləcəklər". Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Jurnalist həyəcan təbili çalır: “Azərbaycanda dini kanallar at oynadır”
Bunu jurnalist Azər Həsrət Azərbaycanda dini kanalların yayımlanmasını şərh edərkən deyib. O, bildirib ki, Xaçmazın Dədəli kəndində İranın bütün radiolarını rahatca dinləmək mümkündür:
“Tolerantlıq Azərbaycanın genetik kodundadır”
Ölkəmiz dünyada tolerantlıq modelinə çevrilib. Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir. AzNews.az xəbər verir ki, bu fikirləri açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.
"Növbəti tədris ilindən texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur"
2018-2019-cu tədris ilində texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur. Bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov "Elektron Təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Daha 3 rayonda Olimpiya İdman Kompleksi tikilir
Cari il ərzində respublikanın iki rayonunda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirib ki, bunlar Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Kompleksləridir. Bundan başqa Şirvan şəhərində Gənclər Evi də istifadəyə verilib.














