Sosial

Yuxu qaçaq düşübsə…

26 Dekabr 2017 19:55

Yuxu orqanizmin çox vacib fizioloji vəziyyətidir. Yuxuda bütün orqanizmin, o cümlədən mərkəzi sinir sisteminin iş qabiliyyətini bərpa etmək üçün yaxşı şərait yaranır. Yaşadığımız ömrün təxminən üçdəbiri yuxuya sərf olunur.

Qarındakı yağları 14 gündə əridən 3 hərəkət

26 Dekabr 2017 19:50

Yəqin ki, xanımların ən çox mübarizə apardığı problem məhz qarındakı artıq piy qatıdır. Təqdim etdiyimiz hərəkətləri mütəmadi olaraq etsəniz 14 gün ərzində düm- düz qarına sahib ola bilərsiniz.

Dəfnə çayı qarın piylərini əridir

26 Dekabr 2017 19:36

Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.

Bu ədviyyat böyrəklərlə bağlı problemlərinizi birdəfəlik həll edəcək!

26 Dekabr 2017 18:50

Hil kulinariyada çoxdandır ki, fəxri yer tutur. Siz hətta təsəvvür edə bilməzsiniz ki, hil əlavə olunmuş bir fincan qəhvə nə qədər faydalıdır. Bu içki həzm problemlərinə və böyrək xəstəliklərinə müalicəvi təsir göstərir. Üstəlik ətri insanı valeh edir. Hindistanda və Çində təbiblər hesab edirlər ki, bu ədviyyat sayəsində demək olar ki, bütün xəstəlikləri sağaltmaq olar.

İdmanla məşğul olarkən bu səhvləri etməyin

26 Dekabr 2017 18:50

İdman sağlamlığın əsasıdır. Amma idmanla məşğul olanda diqqətli olmaq lazımdır. Belə ki, idman edərkən etdiyimiz bəzi səhvlər bədəninizdə narahatçılıqlara səbəb ola bilər. Səhv bir hərəkətlə hətta zədələnə bilərsiniz. Belə risklərdən uzaq, təsirli idman üçün etdiyimiz səhvlərin siyahısını sizinlə paylaşırıq.

Diqqət: Ürək nahiyəsində ağrıların səbəbləri

26 Dekabr 2017 18:45

İnsanların əksər hissəsi yaşından, cinsindən və s. amillərdən asılı olmayaraq ürək nahiyəsində olan ağrılarla üzləşir. Digər ağrılarla müqayisədə bu ağrılar insanları adətən qorxuzur və həkimə müraciət etməyə vadar edir.

Məleykə Abbaszadə: “1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb”

26 Dekabr 2017 18:12

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyəti barədə danışan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2017-ci il noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib.

MTRŞ: Müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yaradıcılıq və texniki imkanları öyrənilir

26 Dekabr 2017 17:28

“Teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əsasən lisenziyanın verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra qəbul olunur. Yəni müsabiqənin bitdiyi 16 dekabrdan ən geci 30 gün ərzində Şura iclası keçiriləcək və müsabiqənin nəticəsi elan ediləcək”.

Ümumi orta təhsili bitirə bilməyənlər üçün imtahanlara start verildi

26 Dekabr 2017 17:26

Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib.

Mətbuat Şurası üç KİV-in üzərindən xəbərdarlığı götürüb

26 Dekabr 2017 17:20

Bu gün Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib. Şuradan  verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə ediləcək. 

Eldar Şamı Qoruğu ilə bağlı YENİ QƏRAR

26 Dekabr 2017 17:12

Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib. Məlumata görə, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası" əlavə olunmuş xəritədə 536,52 hektarlıq sahədə təsdiq edilib.

Həsən Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

26 Dekabr 2017 17:11

Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri”mövzusunda III Beynəlxalq elmi konfranskeçirilib. Olaylar.az bildirir ki, universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb.

Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib, 1 saytın adı “qara siyahı”ya salınıb

26 Dekabr 2017 17:08

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan  verilən məlumata görə, iclasın gündəliyindəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın “Kriminal.az” saytına qarşı şikayəti olub. Sayta xəbərdarlıq edilib və gələcəkdə məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

Gürcüstan Milli Elmi Kitabxanasının təmsilçiləri MEK-də

26 Dekabr 2017 17:07

Gürcüstan Tbilisi Dövlət Universiteti  Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi MEK-də müasir akademik kitabxana xidmətlərinin tətbiqi ilə tanışlıq, inteqrasiya və əməkdaşlıq imkanlarının öyrənilməsi olub.