Sosial
Bakıda məscidin işıqları kəsildi - 24 min manat borc
Müsabiqə qalibləri mükafatlandırıldı
Paytaxt məktəbliləri arasında təşkil edilən “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin final mərhələsi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 211 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycanın xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova, Simarə İmanova, məktəb kollektivi, şagird və valideynlər iştirak edib.
Nazirlik işəgötürənlərə müraciət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işgötürənlərə müraciət edib. Nazirlik bəyan edib ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilib.
“İrəli” hesabat verdi
“İRƏLİ” İctimai Birliyinin IX hesabat konfransı keçirilib. “OLAYLAR” xəbər verir ki, əvvəlcə birliyin 2016-2017-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, ATGT sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov "İrəli" İctimai Birliyinin uğurlu fəaliyyəti, həyata keçirdiyi səmərəli layihələr barədə danışıb, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Azərbaycanda yenilik: Kasıbları dövlət dəfn edəcək
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.
Vergilər Nazirliyində ALƏM BİR-BİRİNƏ DƏYDİ-ŞOK
İcra başçısı müəllimlərə zorla pambıq əkdirir - Neftçalada etiraz
Əhaliyə ŞAD XƏBƏR - Aztəminatlı ailələrə yardım ediləcək
Mədət Quliyevin oğlundan imkansız ailələrə DƏSTƏK
Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli xeyirxah addım atıb. Onun sosial şəbəkə vasitəsiylə başlatdığı kasıb ailələlərə bayram münasibəti ilə yardım kompanyası baş tutub. Könüllülərlə birlikdə onların evlərinə üz tutan Murad Qulubəyli təssüratlarını sosial şəbəkə ünvanında paylaşaraq bu şərhi yazıb:
Rəhim Qazıyev polis tərəfindən saxlanıldı
Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılıb. Bu barədə onun qardaşı Rahab Qazıyev məlumat verib. Onun sözlərinə görə, qardaşı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Azərbaycanda ev heyvanları üçün xüsusi otel
Bir neçə ildir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin nəzdində ev heyvanları üçün otel fəaliyyət göstərir. Heyvan sahibləri bir neçə günlük səfərə və ya istirahətə gedəndə ev heyvanlarını həmin otelə verib gedə bilərlər. Otel ikinövbəli iş rejimində işləyir, yəni heyvanlar 24 saat nəzarətdə olurlar.
“Dunçji” Çin bayramı qeyd olunub
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Dunçji” (“Qışın zirvəsi”) adlı Çin bayramına həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Dunçji” bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq, onun Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Filologiya elmləri doktoru “Akademik Palma” ordeni ilə təltif olundu
Azərbaycan Dillər Universitetinin Fransız dili kafedrasının müdir müavini, filologiya elmləri doktoru Gülnarə Sadıxova Fransa Respublikasının “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib. Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe Gülnarə Sadıxovaya ordeni təqdim edib və ona bu yüksək mükafata Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə, Fransa ilə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafında olan xidmətlərinə görə layiq görüldüyünü bildirib.
Evlilik qocalıqdakı əqli zəifliyin qarşısını alır
Demensiya və ailə həyatı arasındakı bağlılığı əhatə edən 15 tədqiqatın nəticələri hərtərəfli analiz edilib. Tədqiqatlar Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 812 mindən çox əhalisi arasında aparılıb.














