“İrəli” hesabat verdi
“İRƏLİ” İctimai Birliyinin IX hesabat konfransı keçirilib. “OLAYLAR” xəbər verir ki, əvvəlcə birliyin 2016-2017-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, ATGT sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov "İrəli" İctimai Birliyinin uğurlu fəaliyyəti, həyata keçirdiyi səmərəli layihələr barədə danışıb, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıblar.
26 Dekabr 2017 11:51 Sosial"İRƏLİ" İctimai Birliyinin IX hesabat konfransı keçirilib. "OLAYLAR" xəbər verir ki, əvvəlcə birliyin 2016-2017-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, ATGT sədri Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov "İrəli" İctimai Birliyinin uğurlu fəaliyyəti, həyata keçirdiyi səmərəli layihələr barədə danışıb, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıblar.
"İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib. Qeyd edib ki, "İrəli" İctimai Birliyinin həyata keçirdiyi tədbirlərin əsas məqsədi gənclər istiqamətində qəbul olunan proqram və layihələrə dəstək verməkdir: "Təşkilat fəaliyyəti dövründə və bundan sonrakı mərhələdə qarşıya qoyduğu məqsədlərə nail olmağa çalışıb. Əsas məqsəd isə dövlət gənclər siyasətini dəstəkləmək və uğurlu gənclik üçün addımlar atmaqdır. Təşkilat gənclərin inkişafına istiqamətlənən dövlət gənclər siyasətinə dəstək məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirib və hər zaman dövlət gənclər siyasətini dəstəkləyib. Bundan sonrakı illərdə də təşkilatın növbəti il üçün planlaşdırdığı fəaliyyətlər "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Əsas istiqamətlər: "Dövlət Proqram" nın 2.1.8-ci və 2.1.9-cu maddəsinə əsasən gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılmasına dəstəkdir"
Sonda il ərzində təşkilatın həyata keçirdiyi tədbirlərdə, layihələrdə fəal olan gənclər, "İrəli" ilə yaxından əməkdaşlıq edən KİV-lər təltif edilib.