Sosial

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin təkliflərinə müsbət cavab verdi

18 Yanvar 2018 15:32

Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyası Bakı Nəqliyyat Agentliyinin metronun "Koroğlu" stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təklifinə müsbət rəy verib.

Volkan Bozkırın: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

18 Yanvar 2018 15:29

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən “Olaylar”a veriln məlumata görə, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin örnək sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixə və adət-ənənələrə malik olduğumuzu qürurla dilə gətirib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu cür səfərlərin qarşılıqlı münasibətlərimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.

Azpetrol şirkəti təkzib edir

18 Yanvar 2018 15:27

Bu gün bir çox saytlar  Bakı Dairəvi yolun Biləcəriyə düşən hissəsində "Azpetrol"a məxsus benzin daşıyan avtomobil aşıb” başlıqlı yazı dərc ediblər. Onu qeyd edək ki, bu məlumat yanlışdır və həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, həmin  aşan maşın  Azpetrol şirkətinə məxsus deyil. 

Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçirilib

18 Yanvar 2018 15:15

17-18 yanvar 2018-ci il tarixlərində İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin yeni heyətinin ilk iclası işinə başlayıb. Milli Olimpiya Komitəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə AOK-un İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, vitse-prezident Nils Niqaard və İcraiyyəKomitəsinin üzvləri iştirak edirlər.

Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırılıb

18 Yanvar 2018 15:13

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

Türkiyəli deputatlar Milli Məclisdə olublar

18 Yanvar 2018 15:06

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub.

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

18 Yanvar 2018 15:02

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR” Baş İdarəyə istinadən xəbər verir ki, Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat,  20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Fondunun sədri Maral  Zamanova, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər. Tədbirdə cıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunur

18 Yanvar 2018 15:00

Yanvarın 17-21-i tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən “Fitur 2018” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı təqdim olunur. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sözügedən sərgidə nazirliklə yanaşı “Millennium Tourism”, “ENC”, “Geo Travel”, “Via Caucasus”, “Aristokrat”, “Azerbaijan Travel”, “World Travel”, “Al Travel” turizm şirkətləri və “Gilan Hospitality”, “Marxal” mehmanxanaları  iştirak edir. Sözügedən tədbirdə Nazirliyi Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Azərbaycanın bu bölgəsində hamilələrin 47 faizi TƏHLÜKƏDƏDİR - Baş həkim

18 Yanvar 2018 14:34

Hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir. Bu sözləri Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənova deyib. Onun sözlərinə görə, risk qrupuna daxil olanlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil edib.

Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI: iş yoldaşının oğlu... - ŞOK TƏFƏRRÜAT

18 Yanvar 2018 14:32

Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qaçırılan müəllimə bu ilin sentyabr ayından kənd məktəbində işləyib: “O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.

Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq

18 Yanvar 2018 14:25

Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

“Şəhidlər” kitabının təqdimatı olub

18 Yanvar 2018 14:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib: “Silahlı təcavüz nəticəsində günahsız insanların misli görünməmiş vəhşiliklərlə, xüsusi qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı cinayət olmaqla, o zaman onsuz da sonu çatmaqda olan sovet imperiyasının mahiyyətini açıb göstərdi.

412 nəfər 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım ayrılıb

18 Yanvar 2018 14:19

“Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində deyib.

Rusiya "S-400"lərin ixracına start verdi

18 Yanvar 2018 14:16

Rusiya 2014-cü ildə əldə edilən razılaşmaya əsasən, Çinə “S-400” raketdən müdafiə sistemlərinin göndərilməsinə başlayıb.  Rusiya mediası bu barədə məlumatı hərbi texnika sənayesindən verilən xəbərə əsasən dərc edib. Rusiya ixrac prosesləri çərçivəsində sistemlə birlikdə bir ədəd nəzarət və radar stansiyası, enerji və dəstək komandaları, əlavə ehtiyat hissələri göndərcək. Türkiyə ilə müqavilədə razışladırıldığı kimi, Rusiya Çinə də bu sistemlərin istehsal hüququnu və mexanizmlərini verməyəck.

Deputatdan enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ

18 Yanvar 2018 13:53

"Enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularından biridir. Xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən istifadə etməsi məsələni daha da aktuallaşdırır”.  Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib. Deputat bildirib ki, enerji içkisinin vahid anlayışı yoxdur. Lakin ümumi olaraq tərkibində əsas elementi kofein olan və digər enerji artıran maddələri cəmləşdirən içkilər başa düşülür.