Sosial
Bu əlamətlər orqanizmdə hansı vitaminlərin çatışmadığını göstərir?
Payız gəldi, artıq səhərlər yataqdan qalxmaq çətinləşib, işə yuxulu gedirik, dağınıq və biz az da hər şeydən qıcıqlanırıq. Hətta bəzi insanlarda depressiya başlayır. Bu, orqanizmdə vitamin çatışmazlığının əlamətidir. Bu çatışmazlığı bərpa etsək adi həyatın ritminə asanlıqla dönə biləcəyik. Xoshbextqadin.az yenə də sizləri düşünərək orqanizmdə vitamin və mineralların çatışmazlığı ilə bağlı əlamətləri sizlərlə bölüşür. Dəri quruluğu bədəndə E vitamininin çatışmazlığından xəbər verir. Rasionunuza fındıq, yağlı balıq və bitki yağları əlavə edin. Saç və dırnaqların kövrəkliyi B qrupuna daxil vitaminlər və kalsium çatışmazlığı nəticəsində ortaya çıxır. Bütöv dənli məhsullardan hazırlanmış çörək yeyin.
Yeni doğulan uşaqlar haqqında bilmədiyimiz maraqlı faktlar
Uşaqlar həyatımızdakı ən dəyərli varlıqlardır. Onlar haqqında məlumatlar da çoxdur. Uşaqlar haqqında verdiyimiz bu məlumatlar isə çox maraqlıdır. Bəlkə də bunların çoxunu bilmirsiniz.
Yeni doğulan uşağın bədənində bir stəkan qan olur – BUNLARI BİLMİRSİNİZ
Uşaqlar həyatımızdakı ən dəyərli varlıqlardır. Onlar haqqında məlumatlar da çoxdur. Ailem.az-ın uşaqlar haqqında verdiyi bu məlumatlar isə çox maraqlıdır. Bəlkə də bunların çoxunu bilmirsiniz.
“20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib.Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Polşa mətbuatı: 15 il əvvəl Azərbaycanı futbolda “üçüncü dünya” sayırdıq
BNA: Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü işdən azad edilib
Bu gün Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.
Bakıda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 m2 olan 3 otaqlı tikintisi başa çatmamış evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, içərisinə yığılmış taxta tullantıları 10 m2 və bitişik ümumi sahəsi 120 m2 olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Asif Əsgərov: “20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir”
Yanvarın 18-də 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.
20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama
20 Yanvar günü məktəblilər dərsə gedəcəklər. Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ümumxalq Hüzn Gününün qeyri-dərs günü olub-olmaması ilə bağlı suallara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu cür özəl günlərdə dərslərin olub-olmamasına Təhsil Nazirliyi qərar vermir: “Nazirlər Kabinetinin bununla bağlı qərarı olmalıdır. Hələlik heç bir qərar olmadığına görə ötən illərdən fərqli olaraq, şənbə günləri dərs saatı olan şagirdlər məktəbə gedəcəklər”.
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş...
Xəbər verdiyimiz kimi, Azərbaycanın və qonşu dövlətlərin hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri məşhur tüfeyli, komfort və bahalı qadınlar həvəskarı Emin Sadiq Moskvada saxlanılaraq Bakıya ekstradisiya edilib. Gur informasiya axınında, əlbəttə ki, bu ad daha vacib hadisə və xəbərlər arasında asanlıqla itə bilərdi. Oxucunu yaxşı mənada heç nə ilə fərqlənməyən bu şəxsin adının və cinayət əməllərinin axtarışları ilə yormamaq üçün onun tarixçəsini qısaca xatırladaq.
Qəbirstanlıqdan silah-sursat tapıldı
Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birindən silah-sursat tapılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib.
Motoskletlə avtobus toqquşdu-ölən və yaralananlar var
Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar"a verilən məlumata görə, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub.
Dilçilik İnstitutunun şöbə müdiri "əsgər"in "əskər" olmasına qarşı çıxıb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərov “Azərbaycan dilinin (69 maddədən ibarət) yeni orfoqrafiya qaydaları” haqqında məqalə yazıb. Professor məqaləsində layihədə təklif olunan bəzi dəyişikliklərin əleyhinə çıxıb. Məqaləni təqdim edirik.
Regionların iqtisadi inkişafı ölkənin ərzaq təminatında əhəmiyyətli rol oynayır
Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbədən də dövlət regionların inkişafı məqsədilə çoxsaylı dövlət proqramları qəbul edib. Onu da diqqətə çatdıraq ki, sözügedən proqramların icrası prezident İlham Əliyevin diqqətindədir.
Kosmetik vasitələrin zərərləri - AÇIQLAMA - VİDEO
Əgər bir qadın kosmetikadan istifadə etmirsə, deməli, o, özündən çox razıdır. Koko Şanel belə hesab edirdi. Hələ qədim dövrlərdən qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə müasir dövrün xanımları öz əcdadlarından qat-qat qabağa gediblər deyə bilərik. Günümüzdə müxtəlif adda yüzlərlə kosmetik vasitə istehsal olunur və satışa çıxarılır.














