Sosial

52 yaşında əkiz uşaq dünyaya gətirdi - AZƏRBAYCANDA

19 Yanvar 2018 15:43

Azərbaycanda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirib. Uşaqlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyaya gəlib. Bu, 52 yaşlı qadının ikinci hamiləliyi olub. O, ilk dəfə 48 yaşında ana olub.

Sürücüləri çaşdıran işıqfor: cərimə yazıla bilərmi?

19 Yanvar 2018 15:37

Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır. Bu barədə məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür.

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

19 Yanvar 2018 15:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının toplantısı keçirilib

19 Yanvar 2018 15:32

Fransanın Paris şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) İcraiyyə Şurasının iclası keçirilir. “OLAYLAR” xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir.

Keçən il “ASAN” kommunal vasitəsi ilə Azərişıq “ASC”-yə 140 min müraciət daxil olub

19 Yanvar 2018 15:10

“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. “OLAYLAR” ASC-yə istinadən xəbər verir ki, 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət üzrə 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vəxtı açıqlandı

19 Yanvar 2018 15:07

Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilir.

Bakcell və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

19 Yanvar 2018 14:50

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi  Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib.

1990-cı ilin yanvar hadisələri: ermənilərin Naxçıvanı işğal etmək planı necə pozuldu?

19 Yanvar 2018 14:47

20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da ciddi cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Siqaret çəkənləri kim cərimələyəcək?

19 Yanvar 2018 14:26

Artıq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun xeyli müddətdir ki, qüvvədədir və icrasına atart verilib. Lakin qanunda nəzərdə tutulan müddəaların izrası ilə bağlı müəyyən anlaşılmazlaıq yaranıb.

15024 obyekt, 5446 mənzil mühafizə idarəsi tərəfindən qorunur

19 Yanvar 2018 14:23

Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib.

20 yaşlı qız dəm qazından boğulub

19 Yanvar 2018 13:40

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 20 yaşlı Xanım Abdullayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Mikayıl Cabbarov ABŞ səfiri ilə görüşüb

19 Yanvar 2018 13:39

Vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb. Bu barədə nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Prezidentin ayırdığı 3 milyon manat 5 özəl telekanal arasında bərabər bölünəcək - SİYAHI

19 Yanvar 2018 13:33

"Azərbaycan prezidenti cənabİlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək". Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Buraxılış imtahan qaydaları açıqlanıb

19 Yanvar 2018 13:20

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında qeyd olunub.

20 Yanvar gününün hava proqnozu

19 Yanvar 2018 13:07

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.