Sosial
2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, bura daxildir 313,4 km, respublika, 888,7 km yerli, 133,0 kim isə Bakı şəhər yolları daxildir.
20 Yanvar mövzusunda ilk dərslər keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Sabahın alimləri” Respublika Müsabiqəsi keçiriləcək
Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinin elmi nailiyyətlərini nümayiş etdirməsinə, müasir düşüncə tərzinin formalaşmasına imkan yaratmaq, onları tədqiqatyönlü fəaliyyətə cəlb etmək və hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi
Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?
Qatarın üstünə çıxan şəxsi elektrik cərəyanı vurub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır.
Qapı arxasında huşsuz vəziyyətdə tapıldı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Bakıda un məmulatları sexi yanıb
Bakı şəhəri, Sabunçu rayonunda un məmulatlarının hazırlanması sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə sexin fəaliyyət göstərdiyi, hər mərtəbəsi 600 m2 olan üçmərtəbəli mansarda tipli binanın mansardasının yanar konstruksiyaları 210 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
134 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib
Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Baki Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik)–“Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin təlabatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.
16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib
2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib.
Qanlı yanvar hadisəsinin ildönümü qeyd edilib
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir.
Vəkilləri həbsxanada niyə və necə yoxlayırlar?
Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər
Azərbaycanın bu vəzifəli şəxsi vəfat etdi - SON DƏQİQƏ
Naz Miladan Azərbaycan xalqına hörmətsizlik – FOTO
Gömrük orqanlarından şikayətlərin sayı azalıb
Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub. “Olaylar” xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.








.jpg)





