Sosial
DYP sürücülərə müraciət etdi
Olaylar.az "20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”. Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən reaksiya
Məktəblilərin qış tətili nə vaxt başlayır?
Məktəblilər qış tətili ərəfəsində 5 gün evdə olacaqlar. Bu barədə təhsil nazirinin ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında imzaladığı əmrdə qeyd olunub. Belə ki, məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər davam edəcək.
Direktor müavini: “Dilçilik İnstitutuna hücum etməyə lüzum yoxdur”
İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Nazirlkdən “Olaylar”a bildirilib ki, tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb.
34 rayonda 68 yol infrastrukturu layihəsi icra olunub
2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib.
Millət vəkili seçiciləri ilə görüşüb
73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rufət Quliyev Lənkərandakı “Deputat otağında” 23 nəfər seçicini qəbul edib. “OLAYLAR” xəbər verir ki, 2018-ci ilin ilk qəbulunu açan Rüfət Quliyev seçiciləri salamlayıb, onları Yeni il münasibətilə təbrik etdikdən sonra 2017-ci ildə Azərbaycanda siyasi və iqtisadi stabillik şəraitində möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında hər sahədə baş verən uğurlar barədə ətraflı məlumat verib.
“İş yerinə dair arayış” elektron xidmətinə 815 mindən çox müraciət qeydə alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib.
Orta məktəbə BALTA İLƏ HÜCUM: 1 ölü, 5 yaralı - VİDEO
Rusiyada məktəblərin birinə silahlı hücum olub. Hadisə Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının Ulan-Ude şəhərində 5 saylı məktəbdə qeydə alınıb. Buryatiya rəsmilərinin verdiyi məlumata görə, hadisə 3 nəfər 9-cu sinif şagirdi tərəfindən törədilib. Onlar əllərində soyuq silah (balta, bıçaq) və “Molotov kokteyli” ilə məktəbə hücum ediblər.














