Orta məktəbə BALTA İLƏ HÜCUM: 1 ölü, 5 yaralı - VİDEO

Rusiyada məktəblərin birinə silahlı hücum olub. Hadisə Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının Ulan-Ude şəhərində 5 saylı məktəbdə qeydə alınıb. Buryatiya rəsmilərinin verdiyi məlumata görə, hadisə 3 nəfər 9-cu sinif şagirdi tərəfindən törədilib. Onlar əllərində soyuq silah (balta, bıçaq) və “Molotov kokteyli” ilə məktəbə hücum ediblər.

Rusiyada məktəblərin birinə silahlı hücum olub. Hadisə Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının Ulan-Ude şəhərində 5 saylı məktəbdə qeydə alınıb. Buryatiya rəsmilərinin verdiyi məlumata görə, hadisə 3 nəfər 9-cu sinif şagirdi tərəfindən törədilib. Onlar əllərində soyuq silah (balta, bıçaq) və "Molotov kokteyli" ilə məktəbə hücum ediblər.

Hadisə zamanı məktəbdə 500 nəfər şagird və müəllim olub. Yeniyetmələr ilk olaraq 7-ci siniflərin dərs keçdiyi otağa daxil olub və sinif otağına partlayıcı atıblar. Nəticədə, 1 nəfər 7-ci sinif şagirdi ölüb, 1-i müəllim olmaqla daha 5 nəfər ağır yaralanıb. Polisdən verilən məlumata görə, hücumçulardan biri özünü öldürməyə cəhd edib. Hadisə zamanı 2 nəfər saxlanılıb. Bir nəfər isə qaçıb. Hazırda hadisənin hansı səbəbdən törədildiyi araşdırılır. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb. Qaçan şəxsin axtarışları davam edir. Hadisənin baş verdiyi məktəbdən görüntülər yayılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31