Sosial

"Teleqüllənin uçması gözlənilmir"

25 Yanvar 2018 12:48

"Teleqüllənin uçması qətiyyən gözlənilmir".  Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.  O bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.  Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir. 

"Azərişıq" sənədsiz evlərə elektrik enerjisinin verilməsi ilə bağlı ƏMDK ilə danışıqlar aparır

25 Yanvar 2018 12:45

"Ötən il “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmətə” 33 min  müraciət olunub. 30 min abonentinin elektrik şəbəkəsinə qoşulması uğurla həyata keçirilib". Məlumata görə, bunu bu gün “Azərişıq” ASC-nin “ASAN Xidmət” vasitəsilə həyata keçirdiyi yeniliklər, xüsusilə də “Doing Business”in tələblərinə uyğun olaraq görülən işlərlə bağlı keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov bildirib.

Səhiyyə İdarəsi: Bakıda rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir

25 Yanvar 2018 12:42

"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir". Bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib. O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox  sentyabr-may ayları ərzində daxil olur.

Miqrasiya Xidməti maarifləndirici tədbirlər keçirir

25 Yanvar 2018 12:40

Dövlət Miqrasiya Xidməti Ağsu rayonunda maarifləndirici tədbir keçirib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə miqrant axınının dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaratdığı bildirilib: Birincisi, milli təhlükəsizlik, ikincisi, əmək bazarının qorunmasıdır. Hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır.

Latviyanın təqaüd proqramı

25 Yanvar 2018 12:38

Latviya Hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.

Metropoliten tələbələrə sertifikat verdi

25 Yanvar 2018 12:35

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən, universitetin informasiya texnologiyaları və idarəetmə fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasının III kurs tələbələri metropolitendə istehsalat təcrübəsini başa vurublar.  “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, üç aylıq təcrübəni uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeydiyyatdan keçən 25 tələbədən təcrübə müddətində davamlı iştirak edən 18 nəfərinə sertifikatlar təqdim olunub. 

Qərargah: Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyənləşib

25 Yanvar 2018 12:34

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

MTRŞ TV yayım paketlərinin strukturunda dəyişikliklər aparıb

25 Yanvar 2018 12:20

"Dünyada televziya yayımı sahəsində formatların yarışması gedir. Mövcud SD formatı əslində analoq TV yayımına mənsub olmuş formatdır. Rəqəmli TV yayımına keçməklə bir çox təhriflər aradan qalxsa da, SD-nin saxlanması ilə həlletmə qabiliyyətində dəyişiklik olmayıb. Bu zaman təsvirdəki kiçik detallar canlandırıla bilmir".

Moskvada bazar yanır

25 Yanvar 2018 12:08

Moskvanın cənub-şərqindəki "Sadovod" (Bağban) bazarının ticarət pavilyonlarının birində yanğın başlayıb. Yanğın 20 kvadrat metrlik ərazini əhatə edir. Bildirilir ki, pavilyondakı insanlar təxliyə olunub. Son məlumata görə, təxliyə olunanların sayı 150 nəfər təşkil edib, xəsarət alanlar barədə informasiya verilməyib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hazırda yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakıda ikimərtəbəli ev yanıb

25 Yanvar 2018 12:01

Bakı şəhərində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib. “Olaylar”ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Multikulturalizmin uğurlu və örnək Azərbaycan modeli

25 Yanvar 2018 11:50

Son illər Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yürütdüyü istər daxili, istərsə də xarici siyasəti, respublikada baş verən iqtisadi yüksəliş, elmi-texniki tərəqqi, tolerantlıq haqqında nəinki ölkəmizdə, hətta xaricdə də ağızdolusu danışılır. Hətta bəzi ölkələr iqtisadiyyatın və xidmətin Azərbaycan modelinə istinad edirlər.

Ötən il yanğınlar 51 nəfərin h əyatına son qoyub

25 Yanvar 2018 11:48

2017-ci ildə Azərbaycanda 11 853 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12 911 çıxış edilib.

Nəsimi rayonunda 2017-ci ilin yekunlarını müzakirə edilib

25 Yanvar 2018 11:33

Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib. “Olaylar” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirib.3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.

Macarıstanda yeni təqaüd proqramı

25 Yanvar 2018 11:32

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.