Sosial
Azərbaycanlı milyarderlərin bazarı yenə yanır
Moskvada “Sadovod” topdansatış-parakəndə ticarət mərkəzi son bir həftə ərzində ikinci dəfə alovlara bürünüb. Virtualaz.org xəbər verir ki, əsasən azərbaycanlıların nəzarətində olan bazarda bu gün səhər saatlarından başlayan yanğın 300 kvadrat metrə qədər ərazini əhatə edib. İnsanlar evakuasiya olunur. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə baş idarəsinin yaydığı məlumata görə yanğın bazarın “üçüncü xəttində” yerləşən pavilyonda başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən maşınlar cəlb olunub.
Bakıda çəkisi 370 qram olan uşaq doğuldu - Ailəsi istəmədi - VİDEO
Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi.
Bayılda sürüşmə ilə əlaqədar 80 ailə köçürüldü
Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Deputat: "Azərbaycanlı iş adamları daha fəal olmalıdır"
Kiçik və orta sahibkarlıq (KOS) sahələrində fəaliyyət göstərən Azərbaycan biznesi daha çox fəallıq nümayiş etdirməlidir. Bunu Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.
ETSN: Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində aktivlik müşayiət olunur
"Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb". Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.
Saatlı-Əhmədbəyli yolu yenidən qurulur
Vətəndaşlarımızın gediş-gəlişinin rahatlaşmasına, onların həyat şəraitinə müsbət mənada təsir edən kənd təsərrüfatının və turizmin inkişafına səbəb olan kəndlərarası yolların yenidən qurulması layihəsinə uyğun olaraq Saatlı rayonunda Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər görülür.
Qüsurlu orfoqrafiya lüğəti - SORĞU
Və yaxud yeri səhv düşən sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı İlahiyyatçı alim Nəriman Qasımoğlu və AMEA, Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi ishcisi, ərəbşünas Elvüsal Məmmədovla ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Baş terapevt açıqladı: Siqaret çəkən kişilər...
Sentyabr və may ayı ərzində həm kəskin xəstəliklər baş verə, həm də xroniki xəstəliklər kəskinləşəcəyi dövrdür. Bu sözləri baş terapevt Rəhilə Əliyeva bu gün Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında bildirib. R.Əliyeva bildirib ki, Kliniki Tibbi Mərkəzə ən çox müraciətlər tənəffüs sistemi xəstəlikləri, ürək-damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləridir: “Ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir.
Qar yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ
Sabah, yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Milli Məclis ikinci iclasa fevralın 13-də toplaşacaq
Milli Məclisin bu ilin yaz sessiyasının ikinci plenar iclasının vaxtı məlum olub. Məlumata görə, parlamentin növbəti plenar iclası fevralın 13-də keçiriləcək. Plenar iclasın gündəliyi vaxtlarda günlərdə açıqlanacaq.
Allahşükür Paşazadə Türkiyədə Qüdsdən danışacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Turkiyə Cümhuriyyətinə səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Quds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycanda nikah müqaviləsi məcburiləşdirilə bilər
Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir. “Olaylar”ın məlumatına görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.
Komitəyə 124 müraciət daxil olub
Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilb və 6 məsələ müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.
Uşaqları ziyanlı informasiyadan necə qorumalı-yeni qanun layihəsi hazırlanıb
Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi hazırlanıb və müvafiq orqanlara təqdim edilib. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.
Deputatlar uşaqlara qarşı zorakılıqdan danışdılar
"Son vaxtlar az yaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Fikirləşirik ki, bununla bağlı qanunda hansı dəyişiklikləri edək ki, həmin şəxslər daha sərt cəzalansın”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.













