Saatlı-Əhmədbəyli yolu yenidən qurulur

Vətəndaşlarımızın gediş-gəlişinin rahatlaşmasına, onların həyat şəraitinə müsbət mənada təsir edən kənd təsərrüfatının və turizmin inkişafına səbəb olan kəndlərarası yolların yenidən qurulması layihəsinə uyğun olaraq Saatlı rayonunda Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər görülür.

Vətəndaşlarımızın gediş-gəlişinin rahatlaşmasına, onların həyat şəraitinə müsbət mənada təsir edən kənd təsərrüfatının və turizmin inkişafına səbəb olan kəndlərarası yolların yenidən qurulması layihəsinə uyğun olaraq Saatlı rayonunda Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna raat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq. 2.5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ü umi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31