Sosial

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının sənayenin inkişafında mühüm rolu

25 Yanvar 2018 16:36

2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının artıq onuncu ilidir. Ötən üç il müddətində proqram çərçivəsində yerlərdə görülən işlər, həyata keçirilən tədbirlər kifayət qədər müsbət nəticələr verib. Bu dəfəki Dövlət Proqramında istehsal və emal müəssisələrinin yaradılması ilə yeni iş yerlərinin açılması əsas diqqət mərkəzində olmaqla yanaşı sənayeləşmənin inkişaf etdirilməsi və kənd təsərrüfatına diqqətin artırılması da qarşıda duran vəzifələrdən idi.  Bu sırada sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılmasını qeyd edə bilərik. 

Fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması gündəmdə

25 Yanvar 2018 16:27

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparırıq. Bu işlərin davamı olaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutda "Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları" adlı kafedranın açılması məqsədəuyğun hesab edilib.

Bakıda məktəbin qarşısında uşaqlara narkotik tərkibli KONFET PAYLANIR - ŞOK İDDİA-VİDEO

25 Yanvar 2018 16:10

Paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb. “Vatsap”da valideynlərdən birinin yaydığı səs yazısında bildirilir ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır.

Bir valideynini itirmiş, digər valideyni isə əlil olanlar təhsil haqqından azad oluna bilər

25 Yanvar 2018 16:02

Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər edəcək. Məlumata görə, bu məsələ MM-in Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iş planına daxil edilib. 

Seysmoloji Xidmət Mərkəzi Bayıl yamacında monitorinqi davam edir

25 Yanvar 2018 15:59

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündən bəri başlayan monitorinqi davam etdirir. Aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. 

Nüsrət Məmmədov Eqemberdi Ermatov adına mükafata layiq görülüb

25 Yanvar 2018 15:45

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülmüşdür. 2015 cü ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun “Məhəmməd peyğəmbər” dastanı türk dilinə tərcümə edilmişdir. Elə həmin ili Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında “Məhəmməd Peyğəmbər” dastanı Azərbaycanlı tarixi əsərlər yazarı Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunub nəşr edilən “Temirlan” ikicildliyi ilə birlikdə təqdimatı geniş keçirilmişdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti qadınların əmək hüquqlarına dair seminar təşkil edib

25 Yanvar 2018 15:33

Ölkəmizdə  qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahana çəkiləcək

25 Yanvar 2018 15:32

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq.İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilmişdir.

Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib

25 Yanvar 2018 15:23

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib. “Olaylar” xəbər verir ki, rayon Gənclər Mərkəzində keçirilən qəbulda nazir müavinləri və müvafiq icra strukturlarının rəhbərləri də iştirak edib. Nazir Bərdə, Ağdam və Tərtər rayon sakinləri, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

25 Yanvar 2018 15:17

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

“Turan Araşdırma Mərkəzi” ictimai birliyi Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınıb

25 Yanvar 2018 15:13

Olaylar.az bildirir ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmışdır.

Nazirlər Kabinetində MÜŞAVİRƏ - Bayıldakı sürüşmə ilə bağlı

25 Yanvar 2018 15:00

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək: “Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsait artıb

25 Yanvar 2018 14:56

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsait artıb. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən Probasiya Xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.

“Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb

25 Yanvar 2018 14:21

Milli Məclisdə “Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb. Məlumata görə, sənəd Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində hazırlanıb. “Dövlət himni haqqında” yeni qanun layihəsində bir çox tələblər öz əksini tapıb. Yeni qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə ediləcək.

Cəmiyyətdə qadın-kişi bərabərliyi necə təmin edilir?

25 Yanvar 2018 14:07

Gender bərabərliyi bütün dövrlərdə cəmiyyətdə ən aktual olan mövzulardan hesab edilib. Xüsusilə, müstəqillik illərindən sonra terminologiyamıza gələn gender bərabərliyi ifadəsi ilk illər yalnız söz olaraq istifadə edilsə də, lakin zaman keçdikcə hər bir ölkədə olduğu kimi Azərbaycanda da gender bərabərliyinin təmin olunması, onun tətbiqi istiqamətində konkret və məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Çünki müasir demokratik cəmiyyətlərdə gender bərabərliyinin təmin olunması başlıca şərt, prinsipdir.