Sosial

Uşaqlarda göz xəstəlikləri artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

25 Yanvar 2018 19:44

Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır. Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.

Bu qidalar qan təzyiqini yüksəltmir - SİYAHI

25 Yanvar 2018 19:38

Hazırda demək olar ki, əksər şəxslər yüksək təzyiqdən şikayət edir. Həddindən artıq çəki, siqaret, stress və ürək narahatlıqları yüksək təzyiqin yaranmasına səbəb olur. Təzyiqin uzun müddət yuxarı olması beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur. Bu cür insanların sakit və normal bir həyata sahib olması vacibdir.

Ortaq daraqdan istifadə dəhşərli xəstəliklərə yol açır!

25 Yanvar 2018 19:00

Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir. Dermatoloq, dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə, xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri altına alır. Adətən qırmızı pulcuqlu bir nöqtə ilə başlayır. Bu nöqtə zaman keçdikcə xaricə doğru yayılır. Yaranın mərkəzi yaxşılaşmağa başlayıb bir halqa şəklini ala bilər.

Gözlərin ani qaralması bu xəstəliklərə işarədir...

25 Yanvar 2018 18:40

Bir çox insanlar gözlərin ani qaralmasından şikayət edir. Bu simptom adətən insan uzun müddət ərzində ayaq üstə qaldıqda, qorxduqda, sürətlə ayağa qalxdıqda baş verə bilər. Əgər bu hal tez-tez təkrarlanırsa, diqqətli olun. Bu müxtəlif xəstəliklərin simptomu ola bilər.

Mədə xorası zamanı qoz südü

25 Yanvar 2018 18:35

Qoz çox faydalı məhsuldur. Onun tərkibində insan orqanizmi üçün lazım olan nadir maddələr (yağlı turşular, zülallar, vitaminlər, minerallar) var. Qoz, onun yarpaqları, arakəsmələri, qabıqları, yağı xalq təbabətində təbii müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Qoz baş ağrısı, yuxusuzluq, skleroz zamanı istifadə olunur:

Kartof şirəsi mədə xorasını sağaldır, orqanizmi təmizləyir

25 Yanvar 2018 18:30

Kartof ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Lakin çətin ki, hamının bu tərəvəzin şirəsinin müalicəvi xüsusiyyətlərindən xəbəri var. Kartof şirəsi çox faydalı maddələrlə zəngindir. Onun tərkibində C, B, PP, E kimi vitaminlər, dəmir, kalsium, kalium, fosfor, mis, aminturşuları, nişasta var. Kartof şirəsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, radionukleidlər və s.) təmizləyir və bir çox xəstəliklər və pozulmalar zamanı çox yaxşı müalicəvi təsir edir:

Uşaqlarda oynaq ağrıları

25 Yanvar 2018 18:25

Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır. Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalarla da bağlı ola bilər. Eyni zamanda, səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

25 Yanvar 2018 18:08

“Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Məktəblilərə Heydər Əliyev irsi öyrədilir

25 Yanvar 2018 17:54

Paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Mübariz Qurbanlı Bolqarıstanın müvəqqəti işlər vəkili ilə görüşüb

25 Yanvar 2018 17:54

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanıfaydalı əməkdaşlığın qurulması üçün perspektivlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

“Gənclər paytaxtı” uğrunda mübarizə başladı

25 Yanvar 2018 17:50

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən "Gənclər paytaxtı" layihəsi 6 il ərzində 3 milyondan artıq iştirakçı səsi toplaya bilib. 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir və Balakən  Gənclər paytaxtı adına layiq görülüblər.

Sürüşmə Bayılı bu vəziyyətə saldı

25 Yanvar 2018 17:36

Bayılda sürüşmə təhlükəsi getdikcə artır. Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Rəsmi məlumata əsasən, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü sürüşmə zonasından köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Əlillərin daha çox düçar olduğu xəstəliklər - Yenə ürək, onkoloji və...

25 Yanvar 2018 17:24

Bu gün ürək-damar xəstəlikləri olan əlillər birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb". Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

16 yaşlı qız nişanlısını bıçaqlayan müəlliminə qoşulub Gəncəyə qaçdı - VİDEO 

25 Yanvar 2018 17:05

Goranboyda yanvarın 2-sində 16 yaşlı qız evdən qaçıb. Xəlilova Humay Canpolad qızı valideynlərinə "Mən rəqqasə olacam" deyərək, evdən qaçıb. Dekabrın 31-də Humayın Oruc adlı rəqs müəllimi ilə danışdığı üzə çıxıb. Yanvarın 1-ində onlar yenidən bir-biri ilə əlaqə saxlayıblar. Yanvarın 2-si isə Humay yoxa çıxıb.  Orucun Humayın yaşadığı kənddə mədəniyyət klubunda əvvəl rəqs dərsləri keçdiyi üzə çıxıb. 

Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib

25 Yanvar 2018 16:39

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.