Sosial

Komitə sədri: "Komissiya yəqin ki, yazılış forması kimi "İsgəndər"i, "əsgər"i qəbul edəcək"

29 Yanvar 2018 15:27

Bu gün kütlə “əskər” sözünün bu cür yazılışını dəstəkləmir. Dilçilərin 50 faizinin fikrincə də “İsgəndər, əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında əhalinin kommunal problemlərinin həlli başlıca prioritetlərdəndir

29 Yanvar 2018 15:20

2004-cü ildən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının əsas hədəf istiqamətlərində yer alan məsələlərdən biri də yerlərdə infrastrukturun yaradılması, əhalinin kommunal problemlərinin həll edilməsi idi. Əhalinin kommunal problemlərinin həll edilməsi istiqamətində regionların içməli su təchizatının müasir standartlara uyğun qurulması, əhalinin təbii qazla təminatı və vətəndaşların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına məhz Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illər Dövlət Proqramında xüsusi diqqət yetirilirdi. Ümumiyyətlə, əhalinin kommunla problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olan məsələlərdən biri olub. Bu məsələ “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası zamanı da diqqətdən kənarda qalmayıb.  Kommunal problemlər sırasında  yer alan hər bir istiqamət kimi əhalinin təbii qazla təminatı məsələsinə də istər 2004-2008, istər 2008-2012, istərsə də 2014-2018-ci illər Dövlət Proqramında  xüsusi diqqət yetirilib və bu istiqamətdə məqsədyönlü addımlar atılıb.

Dövlət Proqramlarının hədəf və vəzifələri Azərbaycanın hərtərəfli inkişafına hesablanıb

29 Yanvar 2018 15:18

Müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafında 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi əhəmiyyəti və önəmi var. Məhz  sözügedən Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsindədir. Eyni zamanda bu inkişaf tendensiyası günümüzdə bir sıra ölkələr tərəfindən öyrənilir, tədqiq olunur.

İsa Həbibbəyli: "Yeni qaydalarla bağlı təklif verənlərin yazdığı bir cümlədə 13 səhv olur"

29 Yanvar 2018 15:14

Alimlər yeni orfoqrafiya qaydalarını başa düşürlər. Ancaq çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur. Məlumata görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

İlkin əlillik təyin olunanların sayı azalıb

29 Yanvar 2018 15:02

Tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan kollegiya iclası keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Ərəbistan vətəndaşlarının ölkədən məcburi qaydada çıxarılması üçün müraciət ediləcək

29 Yanvar 2018 14:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilib. Olaylar.az bildirir ki,  Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.  Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Allahşükür Paşazadə: "Qarabağ münaqişəsinin həlli üçün bütün müsəlmanları birliyə çağırırıq"

29 Yanvar 2018 14:51

"Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfransda bildirib.

Komitə sədri: “Sahil bağı”na “Cümhuriyyət bağı” adı verilsin”

29 Yanvar 2018 14:34

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş “26-lar”, indiki “Sahil bağı”nın “Cümhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış edib.

Bu qanun layihəsi plenar iclasa tövsiyə olunmadı

29 Yanvar 2018 14:17

Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Hava yağmursuz keçəcək

29 Yanvar 2018 14:11

Bakıda və Abşeron yarımadasında yanvarın 30-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Belə-belə işlər... Elçin Hüseynbəyli yazır- Əmim oğlunun toyu və şəhərli qonaqların macərası

29 Yanvar 2018 13:36

Hə, dostlar, qəribə işlər təkcə sizin başınıza gəlmir. Bu dünyada o qədər yadda qalan olaylar var ki. Bəni-adəm yaranandan insanlar bir-birilərinə kələk də gəliblər, yalan da danışıblar, xeyirxahlıq da ediblər. Mən də sizə ötən əsrin 80-ci illəriylə bağlı (ötən əsrin e!) bir hadisə danışacam. Bu, əslində hadisə də yox, ovqat açmaq üçün xırda bir əhvalatdır.

"Azərsu" partlayış baş vermiş binanın zirzəmisində heç bir iş görməyib

29 Yanvar 2018 13:33

Yanvarın 27-də partlayış baş vermiş binada qaz sızmasına "Azərsu" ASC-nin su xətlərində apardığı təmirin səbəb olması barədə bəzi KİV-lərdə yer alan məlumatlar Səhmdar Cəmiyyət tərəfindən təkzib edilib. “OLAYLAR” xəbər verir ki, bu barədə açıqlama verən Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, "Azərsu" partlayış baş vermiş binanın zirzəmisində heç bir iş görməyib:

DİN: 2017-ci ildə dini etiqad azadlığını pozan 162 nəfər müəyyənləşdirilib

29 Yanvar 2018 13:27

"Keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib". Məlumata görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş  ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oktay Tağıyev bildirib. 

Əkin yerlərinin istifadəsi zamanı ciddi nöqsanlara yol verilir

29 Yanvar 2018 13:21

Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir: "Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar.