Komitə sədri: “Sahil bağı”na “Cümhuriyyət bağı” adı verilsin”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş “26-lar”, indiki “Sahil bağı”nın “Cümhuriyyət bağı” adlandırılması təklifi ilə çıxış edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş "26-lar", indiki "Sahil bağı"nın "Cümhuriyyət bağı" adlandırılması təklifi ilə çıxış edib. "Olaylar"ın xəbərinə görə, R.Hüseynov bunu MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-dakı ilk iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin bağın "Cümhuriyyət bağı" adlandırılması AXC-nin 100 illiyinə ən böyük töhfələrdən biri olardı: "Hesab edirəm ki, həmin bağ "Cümhuriyyət bağı" kimi adlandırılmalıdır. Bunun çox mənəvi-siyasi önəmi var. Bu, "Cümhiriyyət ili"nə ən böyük töhfə olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31