Sosial
İmmun sistemi necə işləyir?
İnsanın immun sistemi xeyli dərəcədə öyrənilməsinə baxmayaraq, onun bir çox sirləri hələ də dəqiqliklə öyrənilməmişdir. Bu, kifayət qədər mürəkkəb və çoxpilləli sistem bizi müxtəlif mikrobların, infeksiyaların, göbələklərin, parazitlərin (qurdların) və s. patogen faktorların təsirindən qoruyur. İnsanla paralel mövcud olan bu patogen mühit, vaxt keçdikcə insana qarşı daha çox aqqressivləşir, mutasiyalara uğrayır, insana hücum etməyin yeni-yeni yollarını tapır.
Siqaret külü və kibritin heç bilmədiyiniz faydaları
Sizi narahat edən şeyləri ən asan yollarla həll etməklə həyatınızı asanlaşdıra bilərsiniz. Hıçqırıq tutduğu zaman 15 saniyə ərzində nəfəsinizi tutub, sonra 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırığınız kəsiləcək.
Bunu bilirdiniz?- Əl sıxmağın maraqlı tarixi...
Əl sıxmaq kimi salamlaşmaq jesti əvvəllər təhlükəsizliyi təmin edən bir jest olub. Qədim insanlar bir- biriləri ilə salamlaşanda ovuclarını göstərərək əllərində silah gizlətmədiklərini nümayiş etdirirdilər.
Arqan yağının möcüzəvi faydaları
Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır. Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.
Nərimanov rayonunda radikalizmə qarşı mübarizə mövzusunda seminar-müşavirə keçirilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki, seminar-müşavirəni giriş sözü ilə açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
Azad Rəhimov vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov yanvarın 31-də Şirvanda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
DİM-dən imtahan XƏBƏRDARLIĞI
Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - DƏHŞƏTLİ FAKTLAR
"Erkən nikahların sayı artmaqdadır. Hətta iri şəhərlərdə belə orta məktəblərin yuxarı siniflərində nişanlı qızların və məktəbdən yayınan qızların sayı çoxalır". Bu sözləri "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib.
Dini Komitə yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən Nəriman Qasımzadə, Əliməmməd Nuriyev, Solmaz Əmirova, Sevinc Əzimbəyli, Rəna Mirzəzadə, Asim Vəliyev və Fəxrəddin Həsənzadə Komitə yanında İctimai Şuranın üzvü seçiliblər.
Deputatın oğluna vəzifə verildi
Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğluna vəzifə verilib.Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktor müavini təyin edilib. Faktı Dövlət Reklam Agentliyindən təsdiqləyiblər.
MTRŞ ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, ATV-də yayımlanan həmin verilişdə bəzi saytların yazdığı kimi, milli dəyərlərə zidd heç nə yoxdur: “Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur və belə söhbətlər və şərhlər ayıbdır. Adi şoudur. Heç bir kanalda belə hala yol verilə bilməz və bu hala yol vermələrinə inanmıram”.
Magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı
Azərbaycan Texniki Universiteti və İdeyalarla Parlayan Gələcək (İPG) kurslarının birgə təşkilatçılığı ilə AzTU-nun magistratura səviyyəsinə hazırlaşan tələbələri üçün ödənişsiz SINAQ imtahanı keçirilib. “OLAYLAR”-a Təhsil ocağından bildirilib ki, imtahanda 100-dən artıq tələbə iştirak edib və sonda iştirakçı tələbələrə müvafiq fənlər üzrə nümunəvi testlər təqdim olunub.
Ev alan jurnalistlərə müjdə
Media nümayəndələri üçün tikilmiş ikinci binadan mənzil sahibi olan kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin açarları təqdim ediləcək. “OLAYLAR” Azərbaycan Respublikasının Preezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna istinadən xəbər verir ki, mənzil sahibi olan KİV təmsilçilərinə açarlar yanvarın 30-da veriləcək. Açarlar mənzil sahiblərinə Beynəlxalq Mətbuat Mərkəzində təqdim ediləcək.
Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparıldığı müddət uzadıldı
Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitib, amma müzakirələri uzatmağa ehtiyacın olduğunu görürük. Məlumata görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Ali məktəblərdə bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsi qadağan edilib
Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nı təsdiq edib. Məlumata görə, bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.








.jpg)





