Sosial

Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi 

30 Yanvar 2018 11:54

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

30 Yanvar 2018 11:40

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR” xəbər verir ki, məlumatı "Azərsu" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulmasıdır.

Yüksək xolesterola qarşı 5 qida

30 Yanvar 2018 09:18

Zeytun yağı: Ən yaxşı doymamış yağ mənbəyi olan zeytun yağı xolesterol və iltihabı azaldır. Ürək sağlamlığı üçün doymuş və trans yağların yerinə təklif edilir. Hər cür salat və yeməklərdə istifadə edilə bilər. Badam: Badam, ürək damar sağlamlığı üçün bol miqdarda doymamış yağlar ehtiva edir. Tərkibindəki yüksək nisbətdə yağ sayəsi ilə ürəyi qoruyur. Xolesterolu salır. Eyni zamanda bir E vitamini mənbəyi olan badam, xolesterola bağlı inkişaf edən damar tutulmalarına gətirib çıxaran val meydana gəlməsini gecikdirir.

Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı

30 Yanvar 2018 09:10

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

30 Yanvar 2018 06:53

Qaranlıqdan, yüksək səsdən, heyvanlardan, həşəratlardan, hətta insanlardan da qorxan bir çox uşaq tanıyırıq. Bu qorxuların miqdarı həddi keçməzsə, müsbət hal sayılıb, hətta onların üzləşəcəyi xətərlərin qarşısını almaqda gözəl amillərdən sayılır. Deməli, uşaqlarda məntiqi olmayan, həddi aşan qorxularla mübarizə aparmaq lazımdır. Uşaqlarda qorxu hissi 1-3 yaşlarından etibarən yaranmağa başlayır. Bu qorxular valideyndən ayrılma qorxusu, yüksək səslər (göy gurultusu, tozsoran və s.), tanımadığı insanlarla qarşılaşmaq və sair kimi səbəblərdən yaranır.

Astroloji proqnoz - 30 yanvar

30 Yanvar 2018 01:45

Hər gün yediyimiz bu qidalar sağlamlığa ziyandı

29 Yanvar 2018 19:38

Qidalanma insan orqanizminin sağlamlığı üçün olduqca əhəmiyyətli bir nüansdır.  Düzgün qidalanmamaq və sağlıqsız qidalardan istifadə etmək bir çox problemlərə gətirib çıxara bilər. Sağlamlıq baxımından ən zərərli qidaların siyahısını sizə təqdim edirik. 

Siqaret çəkən valideynlər uşaqlarının ölümünə səbəb olur!

29 Yanvar 2018 19:27

“European Heart” jurnalının apardığı araşdırmanın nəticəsinə görə, uşaq yaşlarında siqaret tüstüsünə məruz qalan azyaşlıların arteriya damarlarının aldığı ciddi fəsadlar böyüyəndə infarkt və iflic keçirmə riskini artırır.

DİQQƏT: Mədədəki köpü azaldan 7 qida

29 Yanvar 2018 19:23

İnsanların çoxu qarnının hər zaman şiş görünüşündən şikayət edir və bundan narahat olur, özünü diskomfort hiss edir. Lakin qidalanmanızda bəzi meyvə və tərəvəzlərə yer versəniz, mədədəki köpü azalda bilərsiniz.