Sosial
Züleyxa NADİR yazır... Alnına “xeyriyyəçi” damğası vurulan adam
Bütün zamanlarda dünyada yaxşılar, fərqli insanlar nümunə olub, əliaçıqlığı, səxavəti, humanistliyi və xeyirxahlığı ilə yaxşılığın fövqündə dayanıblar. Onlar cəmiyyətin sosial bərabərsizliyində bir tarazlıq yaratmaq istəyiblər, ən azı, “bu, mənimdir” yox, “bu, bizimdi – sənin, mənim, onundu” prinsipi ilə yaşayaraq “xeyriyyəçi”, “mesenat” adı alıblar.
Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvan şəhərində bölgə vətəndaşlarını qəbul edib. “OLAYLAR” xəbər verir ki, qəbuldan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Respublika fənn olimpiadalarına start verilir
Yanvarın 30-da Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib. “OLAYLAR”-a nazirlikdən bildirilib ki, brifinqdə olimpiadanın birinci – rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verilib.
Qənirə Paşayeva: “Azərbaycanda bu təhlükəli xəstəlik daşıyıcıları bəzən qeydiyyata alınmır”
“Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil. Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.
Deputat təklif edir: “Vərəm xəstələrinə əlillik statusu verilsin”
Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə əlillik statusunun verilməsi təklif edilir.“Olaylar”ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.
Xanım deputat da vərəm təhlükəsindən danışdı
“Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir”.“Olaylar”ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır
Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir. Məlumata görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
Məktəb direktorları üçün seminarlar keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları üçün seminarlar başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, məktəb direktorlarının təşəbbüsü ilə keçirilən ilk seminar BŞTİ-nin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseydə təşkil edilib.
Qax-Zaqatala yolunun yenidən qurulması yekunlaşır
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması yekunlaşır, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat “OLAYLAR”-a Avtomobil Yolladı Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib.
Əhliman Əmiraslanov: "Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib”
“Son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər - azalma baş verib”. Məlumata görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib. O, qeyd edib ki, 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53 nəfər, 2016-cı ildə isə 38,9 nəfər vərəmlə xəstələnib: “Planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur.
Norveçdə azərbaycanlı ailənin uşağı əllərindən alındı - ŞOK SƏBƏB
Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb. Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.
Fevralın 1-də qar yağacağı gözlənilir
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.
DTX-nın həbs etdiyi jurnalistlərin işində intim videolar: "Diski orda qırdı..."
Mənzillərin açarları sahiblərinə təqdim edilib
Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.
Bakıda maneəyə çırpılan avtomobil yanıb
Bakıda yanğınla nəticələnən yol qəzası baş verib. Bakının Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Nəticədə yanğın hadisəsi baş verib və avtomobilin yanar hissələri yanıb. Yaxınlıqda olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.














