Dini Komitə yanında yaradılan İctimai Şuraya seçkilər keçirilib
Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən Nəriman Qasımzadə, Əliməmməd Nuriyev, Solmaz Əmirova, Sevinc Əzimbəyli, Rəna Mirzəzadə, Asim Vəliyev və Fəxrəddin Həsənzadə Komitə yanında İctimai Şuranın üzvü seçiliblər.
29 Yanvar 2018 16:25 SosialYanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Dini Komitənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticələrinə əsasən Nəriman Qasımzadə, Əliməmməd Nuriyev, Solmaz Əmirova, Sevinc Əzimbəyli, Rəna Mirzəzadə, Asim Vəliyev və Fəxrəddin Həsənzadə Komitə yanında İctimai Şuranın üzvü seçiliblər.
Qeyd edək ki, İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.