Sosial

“Ad və soyadlar haqqında” qanun yenidən gündəmdə

29 Yanvar 2018 13:16

“Ad və soyadlar haqqında” yeni qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. Məlumata görə, qanun layihəsiparlamentin Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib.

Daha bir yaşayış məntəqəsi qazlaşdırılıb

29 Yanvar 2018 13:11

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İostehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Paytaxtda zəncirvari qəza

29 Yanvar 2018 13:10

Paytaxtın Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Qəza zamanı 4 nəqliyyat vasitəsi toqquşub. hadisəsi baş verib. Qəza nəticəsində hər iki istəqamətində sıxlıq yaranıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb.

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

29 Yanvar 2018 12:51

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Mərkəzdən verilən məlumatda bildirilir ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 28 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 29‑dan fevralın 9-dək

Məktəblilər arasında intellektual oyun keçirilir

29 Yanvar 2018 12:50

Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil edilib. “OLAYLAR” xəbər verir ki,   yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 238 nömrəli tam orta məktəbdə keçirilib. İntellektual oyunda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Radikal müxalifətin növbəti şousu

29 Yanvar 2018 12:49

"Bildiyimiz kimi Bayıl yamacındakı torpaq sürüşməsindən sonra sakinlər problemlə üzləşiblər. Unutmayaq ki, təbii fəlakətlərdən heç bir dövlət siğortalanmayıb. Bayıl yamacındakı torpaq sürüşməsi də belə hadisələrdən biridir". “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib ki, hazırda aidiyyatı dövlət qurumları tərəfindən sakinlərin başqa ərazilərdə yerləşdirilməsi və problemin həll olunması istiqamətində ciddi tədbirlər görülməkdədir: "Lakin müxalifət bu hadisəni də boş keçmədi. Məqsədli şəkildə belə şayiələr yayılır ki, guya ki insanlar polis tərəfindən zorla evlərindən çıxarılır, onlara kompensasiya verilmir, ac-susuz saxlanılır və s. Lakin boş yerə hikkələniblər". 

MTRŞ: ARB-nin şou verilişlərində narahatlıq doğuran hallar baş verir

29 Yanvar 2018 12:31

“Monitorinqlər zamanı telekanallarda reklam və sponsorluqla bağlı müəyyən pozuntular müşahidə olunur”. Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, belə halların kütləviliyinin qarşısı MTRŞ tərəfindən alınır: “Xüsusilə yayımçıların reklamlarını praym-taym zamanında yerləşdirmək cəhdləri və sponsor reklamları ilə adi reklam blokları və tele-ticarət bloklarının eyni saatda verilməsi müəyyən problemlərin yaranmasına səbəb olur”. 

Lənkəran meyeri  - Yeni limon növü

29 Yanvar 2018 12:30

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran çay filialı ilə birgə çay və sitrus bitkilərinin müxtəlif növləri üzərində elmi tədqiqat işləri aparıb. Olaylar.az bildirir ki, məqsəd yerli şəraitdə az yayılmış növlərin morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, keyfiyyət göstəricilərinə görə yeni növlərin seçilməsi və yaradılmasıdır.

Bayıldakı sürüşmə ilə bağlı SON QƏRAR nə vaxt veriləcək?

29 Yanvar 2018 12:19

Hazırda Bayıl yamacında sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edilmir, vəziyyət stabildir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Körpələri “xodunoka”qoymaq ziyandır – Həkimdən ciddi xəbərdarlıq

29 Yanvar 2018 12:12

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə “xodunok” deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.

Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib

29 Yanvar 2018 12:06

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölmədə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında cari ilin ilk açıq dərsi təşkil olunub.

Qaradağda 3 otaqlı ev yanıb

29 Yanvar 2018 11:43

Bakıda yanğın hadisəsi baş verib.“Olaylar”ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Qaradağ rayonu, Buta Qəsəbəsində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağı 40 m² sahədə yanıb.

Bakının mərkəzində baş verən partlayışda yaralananın SON DURUMU

29 Yanvar 2018 11:38

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Fazil Məmmədov əmlakını satışa çıxarıb- BU İŞLƏ SABİQ NAZİRİN BACISI OĞLU MƏŞĞUL OLUR

29 Yanvar 2018 11:30

Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb. Keçmiş nazir bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan “Land Rover Diskoveri” maşını satılıb. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Bu dərmanlar apteklərdə siqnalizasiyası olan otaqlarda saxlanılacaq - YENİLİK

29 Yanvar 2018 10:49

Səhiyyə Nazirliyinin Kollegiyası aptek təşkilatlarında dərman vasitələrinin saхlanılması və keyfiyyətinin təmin edilməsi tələblərini təsdiqləyib. Aptekdə bu tələblərə və Etibarlı Saxlama Təcrübəsinin tələblərinə uyğun saxlama şəraiti yaradılmalı, dərman vasitələri farmakoterapevtik qruplar üzrə, fiziki–kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, içlik vərəqəsində və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır. Bioloji fəallığa malik qida əlavələri onlar üçün ayrılmış ayrıca rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanmalıdır.