Bu qanun layihəsi plenar iclasa tövsiyə olunmadı

Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında yeni hazırlanan "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, layihə barədə komitə sədri Rəfael Hüseynov məlumat verib. Digər deputatlar da layihə ilə bağlı fikirlərini bildiriblər. Deputat Fəzail İbrahimli deyib ki, qanun layihəsi dəqiqliklə müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə olunmalıdır.Müzakirələrin yekununda layihə plenar iclasa tövsiyə olunmayıb, qanun layihəsi növbəti dəfə parlamentin Mədəniyyət komitəsində müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31