Sosial

Efirdə keçmişi ilə bağlı ŞOK FAKTI AÇIQLADI- VİDEO

31 Yanvar 2018 17:29

Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül Xoşqədəmin verilişində 4 yaşlı uşağına qarşı etdiyi bu amansızlığı ərinin ona işgəncələr verməsi ilə əlaqələndirib.

Bədənin temperaturunu 40 dərəcəyə qaldıran virus xəstəliyindən necə qorunmalı…

31 Yanvar 2018 17:02

Son günlər  bütün Azərbaycanı bürümüş kəskin  virus xəstəliyi insanları qorxuya salmaqdadır. Təkcə uşaqlarda deyil, böyük insanlarda da 40-41 dərəcə temperatur və qusma ilə müşayət olunan bu  kəskin respirator xəstəliyi iynə-dərmana tabe olmur, öldürmürsə də, zəıflədib haldan salır.

"Paytaxtda subasma sahələri aktivləşib" - Nazirlik

31 Yanvar 2018 16:36

Bakıda bəzi subasma sahələrində aktivlik müşahidə edilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Ekspedisiya rəisi bildirib ki, Şuşa şəhərciyi və Daş Karxanası yaşayış massivində subasma prosesinin dinamikasında aktivləşmə baş verib.  

"Sovetski"də böyük söküntünün ikinci mərhələsinə hazırlıq gedir

31 Yanvar 2018 16:32

Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin söküntü işləri ilə bağlı ikinci mərhələni başlamağı planlaşdırır.

AMEA prezidenti: "ANS Zoologiya İnstitutunun binasını boşaldır"

31 Yanvar 2018 16:19

"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik".  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar". A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.

Bəbir dananı parçaladı

31 Yanvar 2018 16:18

Yanvarın 30-da Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib.

Dini Komitə Xızıda seminar-müşavirə keçirib

31 Yanvar 2018 16:15

Yanvarın 31-də  Xızı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə  “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-a Dini Komitədən bildirilib ki,  Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə yerli icra hakimiyyəti və DQİDK-nın nümayəndələri, dini icma rəhbərləri, rayon ziyalıları, eləcə də gənclər  iştirak ediblər.

Yarış qalibləri mükafatlandırılıb

31 Yanvar 2018 16:13

Məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. “OLAYLAR” xəbər verir ki,  yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarışda Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər. 

Regional proqramlar bölgələrdə nəqliyyat infrastrukturunu yaxşılaşdırıb

31 Yanvar 2018 16:10

14 ildir ki, ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün parametrləri üzrə Azərbaycanın inkişafına təkan verdi, onun dünya iqtisadiyyatında yeri və rolunu müəyyənləşdirdi. Dövlət proqramlarının icrası nəticəsində paytaxtla yanaşı regionlarda da infrastruktur yaradıldı, yeni sənaye müəssisələri açıldı, sovetlərin zamanından fəaliyyəti dayandırılmış zavodlar yenidən fəaliyyətə başladı. Bütün bunlar ölkədə məşğulluğun səviyyəsinin artırılması və işsizlik probleminin aradan qaldırılmasına öz müsbət təsirini göstərdi.

Nazir vətəndaşları qəbul edib

31 Yanvar 2018 15:53

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhər Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ümumilikdə  20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda,  müxtəlif sahələri əhatə edən müraciətlər öz əksini tapıb.

Ötən il 461 əlil işlə təmin edilib

31 Yanvar 2018 15:49

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir.

AMEA prezidenti: "ANS Zoologiya İnstitutunun binasını boşaldır"

31 Yanvar 2018 15:44

"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar". A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.

Gənclər Fondu BMT-da təsis olunan mükafata layiq oldu

31 Yanvar 2018 15:36

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülmüşdür.

Bu gecədən Kiçik çillə başlayır

31 Yanvar 2018 15:27

Xalq inancına görə, bu gecədən etibarən Böyük çillə sona çatır və Kiçik çillə başlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası, fəlsəfə doktoru Elçin Qaliboğlu bildirib ki, xalq düşüncəsində konkret saat hesabı yoxdur: "Xalq düşüncəsində mifoloji zaman var. Bu zaman xalqın dərin müşahidələrinə əsaslanıb. Əvvəlcədən qəbul edilib ki, qış daxil olandan sonra 40 gün ərzində Böyük çillədir, ondan sonrakı dövr, təxminən 3 həftə kiçik çillə adlanır. Ondan sonra isə Boz ay ("Qara yaz") gəlir. Təbiətin çətinliklərini bölüblər ki, insanlar proseslərə daxilən, ruhən hazır olsunlar və bu mərhələləri rahat aşa bilsinlər. Türk düşüncəsində "heç zaman arxayınlaşmamaq", "çətinliyi axıradək, inamla yenmək" inadı, inancı var. Bu düşüncə insanı daxildən kökləyir".