Sosial
“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən hazırlanıb
"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi yenidən hazırlanıb. Layihədə hərbi qulluqçuların sosial, hüquqi, digər statusları, məsuliyyətləri və s. məsələlər təsnif olunacaq. Qanun layihəsində hərbi qulluqçuların sosial statusu ilə bağlı yeniliklər də nəzərdə tutulur. Sənədin yaxın vaxtlarda Milli Məclisə daxil olması gözlənilir.
Gənclərin peşə seçiminə təsir göstərən faktorlar
Bir qayda olaraq gənclər öz gələcək peşələrini seçərkən bir çox problemlərlə üzləşirlər. Daha dəqiq desək gənc onun qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşır. Bu amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Məhz bu kimi mənfi hallar gəncin gələcəkdə yalnış seçim etməsinə gətirib çıxarır.
Hesablama Palatası parlamentə hesabat verəcək
Hesablama Palatasının 2017-cı il üzrə fəaliyyəti ilə bağlı Milli Məclisdəhesabat verəcək. “Olaylar” xəbər verir ki, Palatanın illik nəzarət tədbirlərinin nəticəsinin fevralın 23-də parlamentdə dinlənilməsi və müzakirəsi nəzərdə tutulur. Hesabatın yaxın günlərdə Milli Məclisə təqdim olunacağı gözlənilir.
“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.
Bəzi ömürlük məhbuslar əfv olunacaqlar- ƏFV KOMİSSİYASININ ÜZVÜNDƏN AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.
Bilik Fondu ilə səfirlik arasında memorandum imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Olaylar.az bildirir ki, səfirlikdə keçirilən mərasimdə memorandumu Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ukraynanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Mişenko imzalayıblar.
Yol qəzalarının müqayisəli təhlili, dinamika və qorxulu məqamlar
"2017-ci ildə Bakıda şəhərində 646 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 207 nəfər həlak olub, 552 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əgər baş verən hadisələri, eləcə də nəticədə ölən və yaralananların statitistikasını son 5 illə müqayisə etsək görərik ki, onların sayı xeyli azalıb. Məsələn, müqayisə üçün deyək ki, 2013-cü ildə 1011 yol-nəqliyyat hadisəsi baş verib, 342 nəfər ölüb, 1000 nəfər yaralanıb. Yəni 5 il əvvəlki ilə müqayisədə hadisələrin sayı, ölüm və xəsarət faktları xeyli azalıb".
Bayram Səfərov prezidentin müşavirəsində yatdı
Özünü soğanla müalicə etdi - həkimlər mat qaldı
ETSN: “Teleqüllə” sürüşmə sahəsindən götürülən nümunələr laborator analizə göndərilib
““Teleqüllə” sürüşmə sahəsində apardığımız buruq-qazma işləri başa çatıb. Mexaniki, fiziki xüsusiyyətləri öyrənmək üçün ərazidən götürülən nümunələr laborator analizə göndərilib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Uzaq mənzilli raketlərlə təchiz edilən ingilis gəmisi Qara Dənizdə
Böyük Britaniyanın Krallıq Hərbi Dəniz Qüvvələrinin Dunkan esminets hərbi gəmisi Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə daxil olub. İngilis hərbi gəmisini Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qaziantep freqatı müşayiət edir.
Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ - Sizdə bu xəstəlik ola bilər
2 Fevral Gənclər Günü qeyd edilib
Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd edilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Gənclər İdarəsindən bildirilib ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
İmtahanlar başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb. “OLAYLAR” xəbər verir ki, imtahanlarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlər iştirak edib.














