Sosial
Milli Məclis fevralda 3 iclas keçirəcək
Milli Məclisin fevralda keçiriləcək növbəti iclaslarının vaxtı məlum olub. Məlumata görə, parlamentin fevralda ilk iclasından başqa daha iki iclası keçiriləcək. Belə ki, Milli Məclisin yaz sessiyasının növbəti iclasları fevralın 13 və 23-də olacaq. Qeyd edək ki, sabah- fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. Sabahkı iclasda 15 məsələyə baxılacaq.
Nazir "Yanardağ"dan DANIŞDI: "Prezidentin iradı haqlıdır"
"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğun bərpası ilə bağlı layihə hazırlanıb. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazir bildirib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma orada olan bəzi fərdi yaşayış yerləri ilə bağlı məsələlər həll edildikdən sonra işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".
Dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq - Qanun hazırlanır
Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb. Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Konqresə Bürosu Açıq Qapılar tədbirində çıxışında deyib.
Zərdabda 4 otaqlı ev yanıb
Zərdab rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Şahhüseynli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 41 m2 sahədə və mətbəxi 9 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Psixotrop maddələrin ölkəyə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Komitənin əməkdaşları qadın məhbuslarla görüşüblər
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə işləri davam etdirmək məqsədilə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə Komitənin əməkdaşlarının məhkumlarla görüşü keçirilib.
Hava yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Sabahdan tələbə köçürülmələrinə başlanılır
Sabahdan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.
Ölkədə xüsusi notariusların fəaliyyəti genişlənir
Ötən il notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb.
Bakıdakı partlayışda yanan şəxs öldü
MTRŞ rəhbərliyindən xüsusi tapşırıq: Əsas problem…
Pirallahıda yanğın olub
Paytaxtda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 15 m2 olan tikilinin döşəməsi 15 m2 sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli Məclis fevralın 1-də toplanır
Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. “Olaylar” xəbər veriir ki, artıq sessiyanın ilk iclasının gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 15 məsələ daxildir.
Gənclər xeyriyyə aksiyası keçirəcək
Gənclər Günü ərəfəsində ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəaliyyətlər davam etməkdədir. Qurumdan “OLAYLAR”-a bildirilib ki, növbəti fəaliyyət 4 fevral tarixində “Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası baş tutacaq. Xeyriyyə aksiyası Milli Şuranın proqramı “Azərbaycan Könüllülük Xidmət” proqramı çərçivəsində Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin ilə tərəfdaşlığı ilə həyata keçirilir.














