Sosial
Azərbaycanda 3 yeni turizm zonası yaradılır
Mədəniyyət və Turizm Nazirliyi hazırda beynəlxalq tenderin nəticəsində 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalitslərə açıqlamasında deyib. Nazir bildirib ki, yeni turizm zonları var:" Xızı-Nabran, Quba və Qusarda yeni turizm zonları yerləşir".
MTRŞ rəhbərliyi nöqsanlara görə radioların efirinin total şəkildə izlənməsi ilə bağlı xüsusi tapşırıq verib
“Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Cümhuriyyətlə bağlı beynəlxalq elmi konfrans keçiriləcək
Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
"Alov qüllələri" yerləşən ərazi üçün sürüşmə təhlükəsi varmı - NAZİRLİKDƏN cavab
Bakının mərkəzindəki "Alov qüllələri" binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət stabildir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Bağçaların və körpələr evlərinin işçiləri ildə bir dəfə tibbi müayinədən keçiriləcək
Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Məlumata görə, Qaydaya əsasən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.
Direktor: “Talassemiyalı xəstələrə pullu xidmətdən söhbət gedə bilməz”
“Azərbaycan prezidentinin imzaladığı müvafiq fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Burada əsas məqsəd mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi, mərkəzdə müasir laborator hissə və digər hissələrin talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsini təmin etməkdir”. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bildirib.
Bu əczaçılara QADAĞA
Azərbaycanda fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməyən əczaçıların əczaçılıq üzrə topdan satış müəssisələrində işləməsinə icazə verilməyəcək. Bu məsələ Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənmiş topdan satış müəssisəsinin şəxsi heyətinə olan tələblərdə öz əskini tapıb.
“Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var” - Valeh Hüseynov
“Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı, bu xəstəlikdən əziyyət çəkən 3000-dən artıq insan var”. Bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bütün dünyada olduğu kimi talassemiya Azərbaycanda da aktual problemdir.
40 dərəcə şaxtada qısa ətək geyinən qızın ayaqları dondu - FOTO
Acundan qızına 900 minlik sürpriz - fotolar
Bakı metrosunda sıxlıq yaranıb
Jurnalistlərdən Xədicə İsmayıla ilginc ittihamlar
Tanınmış xanım jurnalistin evini soydular - FOTO
Tanınmış jurnalist Ağanisə Sultanovanın evini soydular. Jurnalist bu barədə özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, dünən axşam saatlarında evə gəlib və qapının qırıldığını görüb: "Axşam saat 8-də işdən evə gəldim. Qapını açmaq istəyəndə gördüm ki, qapının qulpu qırılıb. İçəri daxil ola bilmədim. Dərhal polis çağırdım. Qapını açıb içəri daxil olanda gördüm ki, evin altını üstünə çeviriblər. Divar dolabının üzərində qan ləkələri var idi.
Azərbaycanda yeni təriqət yayılıb - Şərqdə ulduz
Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb. Araşdırma zamanı onun xristian yönümlü "Şərqdə ulduz" təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.
İlin ilk Ay tutulması olacaq
Bu gün Ay tutulması hadisəsi baş verəcək. Bu astronomik hadisə ilə bağlı açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq.














