“Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var” - Valeh Hüseynov

“Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı, bu xəstəlikdən əziyyət çəkən 3000-dən artıq insan var”. Bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bütün dünyada olduğu kimi talassemiya Azərbaycanda da aktual problemdir.

"Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı, bu xəstəlikdən əziyyət çəkən 3000-dən artıq insan var". Bu sözləri Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov bu gün Heydər Əliyev Fondunun dəstəyi və Talassemiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bütün dünyada olduğu kimi talassemiya Azərbaycanda da aktual problemdir.

V.Hüseynov deyib ki, hazırda mərkəzdə müalicə olunan talassemiya xəstələrinin çoxu 20 yaşdan yuxarıdır: "Yeni doğulanları da nəzərə alaraq Mərkəzdə 18 yaşa qədər qeydiyyatda olan xəstələrin sayı təxminən minə yaxındır. 2013-cü ildən etibarən Respublika Talasemiya Mərkəzində sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Bu vaxta qədər 55 sümük iliyi transplantasiyası baş tutub, onların 45-i talassemiya xəstələri olub. Bu talassemiyaya qarşı ən radikal müalicə üsuludur. Bu məsələdə ən böyük problem donor məsələsidir. Bu problemin həlli üçün Beynəlxalq registrlara üz olmağı planlaşdırırıq. Cari ilin sonuna qədər 10 xəstəyə sümük iliyi transplantasiyası aparılmasına çalışacağıq. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31