Sosial

Fiziki məhdudiyyət xoşbəxtlik üçün əngəl deyil VİDEO - FOTO

31 Yanvar 2018 07:05

Ötən il iyunun 19-da Gəncədəki şadlıq saraylarından birində keçirilən toy həmişəki kimi insanların qol qaldırıb oynadığı, sevindiyi və təbriklər söylədiyi ənənəvi çal-çağırlı toylardan fərqlənirdi. Toyu fərqli edən səbəb isə bəylə gəlinin - Namazla Fatimənin uşaqlıqdan inkişaf zəifliyi xəstəliyinin daşıyıcısı olması idi. Namaz çox sevincli görünürdü. Həkimlər ona bir neçə aydan sonra ata olacağının müjdəsini vermişdilər. Həm Namazı, həm də Fatiməni daha çox xoşbəxt edən isə həkimlərin onlara övladlarının tam sağlam olacağı barədə verdiyi xəbər idi.

Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olundu

30 Yanvar 2018 20:58

rbaycan Dillər Universitetində  Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb.

Onun sağaltmadığı xəstəlik yoxdur…

30 Yanvar 2018 19:47

Gözəl ətri və rəngi olan limon A, B və C vitamin ilə zəngindir. 12 növ xərçəng xəstəliyinin qarşısını alır. Qaraciyərdəki bütün xəstəliklərin dərmanıdır. Qanı təmizləyir. Qrip və öskürəkdə çox faydalıdır. Mikrob öldürücüdür.

Xanımların nəzərinə: Belə yatsanız, təravətli dəriniz olacaq

30 Yanvar 2018 19:36

30-50 yaş arası qadın üzərində aparılan araşdırmada məlum olub ki, çox yatan qadınlar, az yatan qadınlarla müqayisədə daha uzun ömürlü olurlar. Az yatan, yuxu rejiminə əməl etməyən qadınların dərisində qırışlar və ləkələr daha tez meydana gəlir. Üstəlik, dəri də öz elastikliyini itirdiyi üçün yaşlılıq əlamətləri daha tez bəlli olur. Rusiya mətbuatının yazdığına görə, nizamlı yuxu rejiminə əməl edən qadınların dəriləri, az yatan qadınlarla müqayisədə hətta günəş şüalarına məruz qaldığı zaman çox zərər görmür. Belə dərinin özünü tez zamanda bərpa edə bildiyi sübuta yetirilib. Xroniki yuxusuzluqdan əziyyət çəkən insanların köklüyə, xərçəngə və diabet xəstəliyinə yol açdığı da deyilir. Bir də yuxu rejiminə dəqiqliklə əməl edən qadınların özlərini daha seksual və gümrah hiss etdiyi bildirilib.

Peyvəndin uşaqlara faydaları və zərərləri

30 Yanvar 2018 19:31

Uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər. Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immuniteti aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

ADU ilə Kiyev Milli Linqvistik Universiteti arasında müqavilə imzalanıb

30 Yanvar 2018 19:17

Azərbaycan Dillər Universiteti  beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən ADU  Ukraynanın Kiyev Milli Linqvistik Universiteti ilə də “Beynəlxalq əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” müqavilə imzalayıb.