“Bakubus”da gərgin anlar - Sürücü sərnişinləri şoka saldı
31 Yanvar 2018 00:52 SosialBu gün saat 19:00 radələrində 175 saylı avtobusda gərgin anlar yaşanıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 99-JH-110 dövlət nömrə nişanlı "Bakubus"un sürücüsü Novruz Novruzov içi sərnişinlə dolu olan avtobusu Səməd Vurğun parkının qarşısında saxlayaraq, nəqliyyat vasitəsini tərk edib.
Bu zaman sərnişinlər bir müddət qapıları bağlı avtobusun içində qalıblar. Sürücü əməkdaşımızla söhbətində sərnişinlərdən birinin onu təhqir etdiyini bildirib. Çıxılmaz vəziyyətdə qalan sərnişinlər sonda avtobusun orta qapısını əllə açmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlar çağrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00