Sosial
Xəbərdarlıq: Kondisionerlər insan sağlamlığına ölümcül zərbə vurur!
Kondisionerlərin orqanizmimizə vurduğu ziyan xeyirdən az deyil. Bu elektrik cihazlar insan sağlamlığına üçün bir sıra fəsadlar yarada bilər. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə məlumat verib.
Qadınlar bu cür davranışları sevmir – KİŞİLƏRİN DİQQƏTİNƏ
Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda çox yazılır. Bəs qadınlar kişilərdə nələri xoşlamır?
Doğuş prosesinə daha çox müsbət təsir göstərən vitamin
Vitaminlər insan orqanizmi üçün çox əhəmiyyətlidir. Lakin həkimlər hamilə xanımlara daha çox B vitamini qəbul etməyi məsləhət görürlər. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir.
Gündəlik şəkər norması nə qədər olmalıdır?
Məlum olduğu kimi, 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunmuşdur. Bu göstərici xanımlar üçün — 50 qram, kişilər üçün isə — 70 qram təyin edilmişdir. Lakin müasir mütəxəssislər bu normanın çox olduğunu düşünürlər.
“Gənclər XƏTDƏ” konfransı keçiriləcək
Fevralın 10-da 100-dən artıq gəncin iştirakı ilə “Xətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər XƏTDƏ” konfransı həyata keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, konfransda Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən və marağı olan fəal gənclərin iştirakı gözlənilir.
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları infrastruktur layihələrin reallaşmasında xüsusi rol oynayıb
Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilməkdədir. Artıq ölkədə həyata keçirilən üçüncü dövlət proqramının icrası da naliyyətlərlə müşahidə olunmaqdadır. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ili başa çatıb.
Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edildi
Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdirir. Bu dəfə Təhsil Nazirliyi ilə birlikdə Azercell şirkəti beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində informatika fənni üzrə hazırlaşan şagirdlər üçün qış məktəbini təşkil edib.
KİV əməkdaşlarına mənzillərin açarları təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci binadan mənzil almış kütləvi informasiya vasitələri əməkdaşlarına yanvarın 30-da açarların təqdim edilməsi mərasimi keçirilib.
Əfv komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.
Hesablama Palatası Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənib Hesablama Palatası dövlət büdcəsindən Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlayıb.
Səfirlik: Tbilisi metrosunda xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
“Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”. Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samirə Ağayeva deyib. “Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, - deyə S.Ağayeva əlavə edib.
Ölkədə vəkillərin sayı artırılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28 də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib.
Teleqüllənin yeri dəyişdiriləcək?
"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.














