Doğuş prosesinə daha çox müsbət təsir göstərən vitamin
Vitaminlər insan orqanizmi üçün çox əhəmiyyətlidir. Lakin həkimlər hamilə xanımlara daha çox B vitamini qəbul etməyi məsləhət görürlər. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir.
30 Yanvar 2018 18:35 SosialVitaminlər insan orqanizmi üçün çox əhəmiyyətlidir. Lakin həkimlər hamilə xanımlara daha çox B vitamini qəbul etməyi məsləhət görürlər. Çünki B vitamini körpənin qüsursuz doğulmasına yardım edir.
Yaşıl tərəvəzlərin, meyvələrin və qozların tərkibində təbbi B vitamini var ki, bu da orqanizmdə yeni, sağlam hüceyrələrin əmələ gəlməsinə yardım edir. B vitamini də daxil edilməklə, tərkibində fol turşusu olan vitaminlərin körpələrin mərkəzi sinir siteminin əsası olan neytral borunun formalaşmasında qüsurları aradan qaldırdığı üçün hamiləlikdən əvvəl qəbul edilməsi məsləhər görülür.
Araşdırmaların nəticələri hamiləyiyin ilk çağlarında B vitamini qəbul edən anaların körpələrində autizm xəstəliyin riskinin 40 faiz azaldığı, lakin hamiləliyin orta çağlarında B vitamini qəbul edənlərdə körpənin autizmlə doğulma riskinin azalmadığını göstərib.
B vitamini körpələrin qüsurla doğulmasının qarşısını alır və gələcəkdə məntiqi analizlərinin daha güclü olmasını təmin edir.