Sosial
“Interfaks-Azərbaycan”a yeni baş direktor təyin olunub
“Interfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub. Məlumata görə, agentliyin yeni baş direktoru agentlikdə baş redaktor vəzifəsində işləmiş Anar Əzizovdur. Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır. 2015-ci ildən agentliyin baş redktorudur.
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sabah ava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib. Tarix İnstitutundan verilən məlumata görə, bu barədə qərar institutun genişləndirilmiş Elmi Şurasının 2 fevral - Gənclər Gününə həsr olunmuş iclasında verilib.
Azərbaycanda yeni lisey fəaliyyətə başladı
Azərbaycanda yeni lisey fəaliyyətə başlayıb. “OLAYLAR” xəbər verir ki, "Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsi 2018-2019-cu tədris ili üçün şagird qəbulu elan edir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.
Azərbaycanda 6 mindən çox POS-terminal ləğv olunub
Azərbaycanda bankomatların ümumi sayı illik müqayisədə 23 ədəd və ya 0,9% azalaraq 2018-ci il yanvarın 1-nə 2 431-ə düşüb. Dövriyyədə olan bankomatların 1 308-ü və ya 53,8%-i Bakı, 1 123-ü və ya 46,2%-i regionların payına düşüb. Hesabata ilində POS-terminalların sayı da 6 335 və ya 8,8% azalaraq 2018-ci il yanvarın 1-nə 65 471 ədədə enib. Bunun da 37 068-i və ya 56,6%-i paytaxt, 28 403-ü və ya 43,4%-i regionlarda yerləşdirilib.
Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-na təyin olunub
Ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək. Mətbuat Şurasından verilən xəbərə görə, bu barədə Şuranın İdarə Heyətinin iclasında qərar qəbul edilib. MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.
Bayıl sürüşmə sahəsindəki sakinlərin aqibəti necə olacaq?
Teleqüllə sürüşmə sahəsi kimi tanınan Bayıl yamacındakı sürüşmədə yanvarın 24-dən başlayan aktivlik son bir həftədir stabilləşib. Geoloqlar hazırda vəziyyətin stabil olduğunu desə də, ərazinin yaşayış üçün tam təhlükəsiz olmadığını vurğulayır.
Gənclər xeyriyyə askiyası təşkil edib
4 fevral “Dünya Xərçəng Günü” ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası keçirilib. “OLAYLAR” xəbər verir ki, aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.
Boşanmalar niyə baş verir?
Son illər Azərbaycanda boşanmalarla nəticələnən ailə zəminində münaqişələr narahatlıq doğurur. Təəssüf ki, ailədaxili zorakılıqlar bəzən cinayətə qədər gedib çıxır. Bəs ailələrdə bu cür hadisələr nədən baş verir? Vəkil Rövşən Qasımov deyir ki, boşanmaların bir hissəsi şsizlik üzündən qaynaqlanır.
Media nüfuzuna xələl gətirən ünsürlərdən azad olmalıdır
Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin strateji istiqamətidir
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Kostyum “moşşennik”ləri...
Həyatda çox dələduzlar, loru dildə desək “moşenniklər”, xalq dilində anlatsaq “atanşiklər” çox görmüşəm (yəqin elə siz də mənim kimi). Onları görməsək də, rastımıza çıxmasalar da kinoda, teatrda çox seyr etmişik, kitablardan oxumuşuq. Ən azı ortada İlf və Petrovun odessalı Ostap Bender kimi qəhrəmanı var. Milyonlar axtarışında olan cənab Bender dələduzluqla qazandığı milyonu sonda hara xərcləyəcəyini bilmir.
Azərbaycanda telekanallarda kompleks profilaktika aparılır
Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır. Bu barədə “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.
İltimas Məmmədov işdən çıxarılıb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədovun vəzifəsindən azad olunub. İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.














