Sosial

Ana ölümlərinə görə yüzdən çox tibb işçisinə SƏRT CƏZALAR VERİLİB 

5 Fevral 2018 13:56

Ötən il baş verən ana ölümlərinə görə 4 nəfər işdən azad edilib. Bu barədə  Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib. Onun sözlərinə görə, ötən il 21 ana ölümü baş verib və Komissiya tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər verilib.

Alpinistlərin axtarışı iki istiqamətdə davam etdirilir

5 Fevral 2018 13:37

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Azercell-in Eksklüziv mağazalarında hər telefon alana HƏDİYYƏ!

5 Fevral 2018 13:34

Ölkənin lider mobil operatoru Azercell Telekom yeni və sərfəli şərtlərlə telefon əldə etmək istəyən müştərilər üçün Eksklüziv mağazalarında hədiyyəli kampaniyaya başlayır. Belə ki, kampaniya çərçivəsində Azercell-in Eksklüziv mağazalarından istənilən mobil telefonu alan hər bir müştəri seçim edib ilk ayda LİMİTSİZ internet paketi və ya şəbəkədaxili 1000 dəqiqə BONUS qazanacaq.

Bakıda qız avtomobilin üzərinə çıxıb rəqs etdi – VİDEO

5 Fevral 2018 13:20

Bakıda gənc qızın maşının üzərində rəqsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda gənc xanımın Cavanşir körpüsü üzərində dayanan “Hyundai” markalı avtomobilin üzərinə çıxaraq rəqs edib.

Əczaçıların FIRILDAĞI-DİQQƏT!

5 Fevral 2018 13:09

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, rütubətli yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.

BNA daha bir marşrut xəttində dəyişiklik etdi

5 Fevral 2018 13:06

114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu.

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib

5 Fevral 2018 12:31

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına əsasən əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə tədbirlərinin davamı olaraq,  Bakının Səbail rayonundakı 162 saylı məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.

Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

5 Fevral 2018 12:08

Azərbaycanda bu ilin aprelin 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq. Seçkilər çərşənbə gününə təsadüf edir.

Dəmir yolunda yeni stansiya yolları qoyulur

5 Fevral 2018 11:52

Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Fənn olimpiadalarının şəhər mərhələsi keçirilib

5 Fevral 2018 11:52

Fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq,  sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir. Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 258, Nəsimi rayonu üzrə 211,  Nizami rayonu üzrə 220, Pirallahı rayonu üzrə 235, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 95 və 138, Xəzər rayonu üzrə 181,  Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik Gimnaziyada keçirilib.

Qadınlar ictimai-siyasi proseslərdə fəal olublar

5 Fevral 2018 11:47

“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində “Müasir Azərbaycan Qadını -3” layihəsinin açılış mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, açılış mərasimində “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, millət vəkili Məlahət İbrahimqızı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva , eləcə də “Müasir Azərbaycan Qadını -3” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.

2689 akt və 944 protokol tərtib olundu

5 Fevral 2018 11:42

Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol verdikləri üçün hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib.