Sosial

Kafedra müdiri, dekan vəzifələrinin tutulması qaydalarının tətbiqi barədə əmr imzalanıb

5 Fevral 2018 17:52

Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmr imzalayıb. Əmrlə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.

Azərbaycanda I sinfə elektron şagird qəbulunun əhatə dairəsi genişləndirilib -  ƏMR

5 Fevral 2018 17:49

Azərbaycanda 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə əmr imzalanıb.  Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Bağlı qapı arxasında huşsuz vəziyyətdə qalan xilas edilib

5 Fevral 2018 17:33

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

2500-ə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub

5 Fevral 2018 17:30

Azərbaycanda həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, işlə təminatı daim diqqətdə saxlanılaraq son illər 2.500-ə yaxın gənc şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis vəzifədə irəli çəkilib, nazirliyin aparatına təyinatlar alıblar.

AMEA Naxçıvan Bölməsində seçki

5 Fevral 2018 17:28

AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin növbəti iclasında bölmənin elmi-tədqiqat müəssisələrində şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün seçkilər keçirilib.

Palçıq vulkanı daha güclü püskürə bilər

5 Fevral 2018 17:25

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında İnstitut əməkdaşları, c.ü.f.d. Elxan Məmmədbəyovun c.ü.f.d. Mirnuh İsmayılovla birgə Şamaxı rayonunun Quşçu palçıq vulkanına ezamiyyələri haqqında məlumatı dinlənilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədqiqatçı alimlər Quşçu kəndində püskürmüş palçıq vulkanında olmuş, ərazini tədqiq edib, yerli sakinlərlə görüş keçiriblər. Məruzəçi bildirib ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 m şimal-şərqdə yerləşir.

Mağaza qatığındakı 5 rəqəminin sirri - Bizi dəhşətli xəstəliklər, hətta ölümlə üz-üzə qoya bilər- VİDEO

5 Fevral 2018 16:56

Marketlərdən məhsul alarkən diqqət etməli olduğumuz vacib məqamlar var. Bunlardan biri də məhsulların üzərindəki üçbucaq işarələrinin içindəki rəqəmlərdir. Bu rəqəmlərin fərqinə varmamaq bizi dəhşətli xəstəliklərlər, hətta ölümlə üz-üzə qoya bilər.

Rumıniya universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

5 Fevral 2018 16:50

Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər Imanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu-nun dəvəti ilə həyata keçirilib. Səfərdə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində müəllim tələbə mübadiləsi birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulur. Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi də əksini tapır. Səfər zamanı nümayəmdə heyyəti BPU elmi tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.

9 il azadlıqdan məhrum edilən meyxanaçı: "İçkili idim..."

5 Fevral 2018 16:38

ARB TV-nin "Rezonans" verilişində meyxanaçı Sahib Dadaşovun həbsxana hekayəsi təqdim edirik. 9 il azadlıqdan məhrum edilən sənətçi cəzasının səbəbini açıqlayıb: "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq, içkili idik.

Azərbaycanda bu balıqların nəsli kəsilir - “Qırmızı kitab”

5 Fevral 2018 16:36

Azərbaycan sularında üzən 9 növ balıq Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, Azərbaycanda nadir və nəsli kəsilməkdə olan müxtəlif balıqlar var ki, adları “Qırmızı kitab”a salınıb.

Lənkəranda torpaq sürüşdü-proses davam edir

5 Fevral 2018 16:35

Lənkəran rayonunda torpaq sürüşməsi hadisəsi baş verib. Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, Gəgiran kənd yolunda baş verən torpaq sürüşməsi hələ də davam edir. İcra hakimiyyətinin məlumatında bildirilib ki, yolun 30 metr hissəsində çökmə olub: "Fövqəlaə Hallar Nazirliyinin regional idarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 nömrəli istismar idarəsinin nümayəndələri hadisə yerində olub, baxış keçirib.

Kartınızda qalan qalıq pullar - Kartla birlikdə YANACAQ!

5 Fevral 2018 16:30

Məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larla bağlı redaksiyamıza müraciət daxil olub. Müraciətdə bildirilir ki, istifadə zamanı bu kartlarda qalıq pul qalır. Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.

Regionların sosial-iqtisadi inkişafı cəbhə bölgəsindəki rayonlara da təsirini göstərib

5 Fevral 2018 16:14

Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədə inkişaf qeydə alınmasın. Dünya ölkələrində iqtisadi geriləmə müşahidə olunduğu bir məqamda Azərbacanda iqtisadi inkişaf qeydə alınmaqdadır. Sirr deyil ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafa nail olmasının arxasında Prezident İlham Əliyevin çevik, ölkəni davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır.

“Reket jurnalistika” ilə məşğul olan 9 KİV “qara siyahı”ya daxil edilib

5 Fevral 2018 15:30

Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub.  Bununla bağlı sədr Əflatun Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir. Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub.