Sosial

Məscidlər bağlanır...

6 Fevral 2018 10:34

Qoca professordan bir fincan qəhvəlik həyat dərsi....

5 Fevral 2018 20:10

Məşhur bir universitetin gözəl karyera əldə etmiş bir qrup məzunu öz qoca professorlarını ziyarət etməyə gəlirlər. Söhbət zamanı növbə iş mövzusuna da gəlib çatır. Məzunlar öz professorlarına saysız çətinliklərindən və həyat problemlərindən gileylənirlər. Professor öz qonaqlarına qəhvə içməyi təklif edərək mətbəxə gedir. Bir müddət sonra qoca professor əlində müxtəlif fincanlardan ibarət qəhvə dəsti ilə otağa daxil olur. Bu fincanların hər biri ayrılıqda çini, şüşə, plastik və xrustaldan idilər və bəziləri baha, bəziləri isə ucuz qiymətə idi.

Maraqlı iddia: Pişiklər sahiblərinin aynasıdır

5 Fevral 2018 19:58

Bəlkə də siz sevimli ev heyvanınızın sizə və yaxud da ailənin digər üzvlərinə bənzədiyinə diqqət yetirmisiniz. Messina Universitetinin tibbi baytarlıq araşdırmaları göstərir ki, pişik və onun sahibinin oxşarlığı sadəcə xoş bir təsadüf deyil: pişiklər tədricən bizim alışqanlıqlarımızı mənimsəyirlər.

Diqqət: Ən çox kimin əkiz uşaqları olur?

5 Fevral 2018 19:52

1. Döllənmə və 9 aylıq müddətdə körpənin kilosu 3 milyard dəyişir. Əkiz uşaqlarda isə bu rəqəm daha yuxarı çıxır. 2. Uşaqların ürəklərinin tam əmələ gəlməsi və fəaliyyətə başlaması dölllənmədən 18 gündən sonra başlayır.

Üzük taxmanın sirrləri...

5 Fevral 2018 19:46

Üzük qadınların ən sevdiyi, geyimi tamamlayan aksessuarlardan biridir. İdman, klassik və başqa tərzə uyğun olan üzüklər var. Üzüyü hansı barmağa taxdığınız isə xarakteriniz haqqında müəyyən məlumatlar verə bilir.

Toyunuzda sizi gözəl göstərəcək yeddi addım...

5 Fevral 2018 19:40

Hər bir gəlin, toyunda çox gözəl görünmək istəyir. Gözəl dərinizin, parlayan həcmli saçlarınızın və ən əhəmiyyətlisi göz oxşayan bədən quruluşunuzun olmağı artıq düşündüyünüz qədər çətin deyil. Gözəl görünməyiniz üçün sizi haldan salan, solğun görünmənizə səbəb olan az enerjili qeyri-adi pəhrizlərə ehtiyac yoxdur. Əgər toyunuz yaxınlaşırsa həyacanlanmaq lazım deyil, sadə üsullardan istifadə edərək ən gözəl gəlin siz ola bilərsiniz. Toy gününüzdə gözəl görünməyinizə kömək edəcək 7 addım …

Gündə 10 qram yerfındığı yemək ölüm riskini azaldır

5 Fevral 2018 19:00

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır. "Zee News” saytı yazır ki, bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Səttar Mehbalıyev yenidən AHİK sədri seçilib

5 Fevral 2018 18:36

Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında təşkilati məsələyə baxılıb. “Olaylar”ın verdiyi məlumata görə, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

ABŞ-da qripdən 16 uşaq ölüb

5 Fevral 2018 18:30

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) cümə günü dərc etdiyi hesabatında keçən həftə ərzində 16 uşağın qrip xəstəliyindən öldüyü bildirilir. Bu isə hər il noyabr ayından mart ayına kimi davam edən qrip mövsümü ərzində bu xəstəlikdən ölənlərin sayını 53-ə gətirib çıxarır.

Ramaldanov: "Ermənistana verilən “Kornet” raket kompleksləri Azərbaycan Ordusunun silahlanmasına on il əvvəl qəbul edilib"

5 Fevral 2018 18:28

“Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz”. Məlumata görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan mətbuatının “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.