Sosial

14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının ŞOK TƏFƏRRÜATI

6 Fevral 2018 13:38

Goranboy rayonunda 14 yaşlı qızın Oruc adlı rəqs müəllimi tərəfindən qaçırılmasının təfərrüatı məlum olub. “Səni axtarıram” verilişində səsləndirilən fikirlərə görə, 14 yaşlı qızı qaçıran müəllim onu zorlayıb. Qız Orucun onu rəqs dərsləri keçdiyi məkanın zirzəmisində saxladığını qeyd edib.

Eyni mənzil bir neçə nəfərə satıla bilməyəcək – FƏRMAN

6 Fevral 2018 13:33

Yeni tikililərdə mənzil alan zaman ortaya çıxan problemləri aradan qaldırmaq üçün dekabr ayında Mülki Məcəlləyə edilən dəyişikliklərin tətbiq edilməsi ilə Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyin məqsədi tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb

6 Fevral 2018 13:29

Son günlər ölkədə meningit xəstəliyi səbəbi ilə ölüm faktları qeydə alınıb. Bu xəstəliyin şiddətli artımı müşahidə olunur. Xəstələr əsasən şiddətli qızdırmadan və dayanmayan başağrılarından şikayətlənirlər. Bu xəstəliyi asanlıqla qriplə qarışdırmaq mümkündür. Son zamanlar ölkəmizdə yayılmış kəskin respirator xəstəlik əslində müalicə olunmazsa, meningit kimi fəsadlara da gətirib çıxara bilir.

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

6 Fevral 2018 13:20

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.

Kəmalə Musayeva: “Azərbaycan dili gözəl dildir və ona zərbə vurmaq lazım deyil”

6 Fevral 2018 13:08

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Musayevanın fikirlərini öyrəndi.

Bu bələdiyyələrdə qanun pozuntuları aşkarlandı - Siyahı

6 Fevral 2018 12:59

Ötən Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1 979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.

Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

6 Fevral 2018 12:55

Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır. BŞTİ-dən verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

Geri qaytarılan qanun layihəsi yenidən müzakirəyə çıxarılır

6 Fevral 2018 12:48

Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır. Məlumata görə, layihə parlamentin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacaq.

Nazir müavini: “Azərbaycan yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir”

6 Fevral 2018 12:47

"Azərbaycan 2015-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanaqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Azərbaycan bundan öncə də BMT-nin təşəbbüslərinə qoşulub.

9 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

6 Fevral 2018 12:44

Bərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.

Əlilliyi olan şəxslər üçün quraşdırılan panduslar yararsız hala salınır

6 Fevral 2018 12:43

Bakı Nəqliyyat Agentliyinin əlilliyi olan şəxslər üçün quraşdırdığı panduslar əqli qüsurlu varlıqlar tərəfindən yararsız hala salınır. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.

“Azərsu”nun iki idarəsi köçürüldü

6 Fevral 2018 12:41

“Azərsu” ASC-nin Yasamal və Nəsimi rayon sukanal idarələrinin ünvanı dəyişib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hazırda bu idarələr Bakı şəhəri Moskva prospekti, 73 ünvanında fəaliyyət göstərir. Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər. 

İtən alpinistlərlə bağlı QƏRARGAHDAN AÇIQLAMA

6 Fevral 2018 12:30

Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib. Bu barədə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.

Zəhərlənmələrin STATİSTİKASI: Çoxu qadınlar olur

6 Fevral 2018 12:09

Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanarın sayı 2016-cı illə müqayisədə azalıb. Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb. Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 35,4 faizi dərmandan zəhərlənib. Kimyəvi zəhərlənmələr arasında məişət zəhərlənmələri, yəni intihar xarakterli olmayan dəm qazı zəhərlənmələri, ilan sancmaları, daha çoxluq təşkil edir.

"Bitcoin" kəskin UCUZLAŞDI

6 Fevral 2018 11:57