Sosial

Bələdiyyələr çoxmərtəbəli binalardan vergi yığa bilmir

6 Fevral 2018 15:28

“Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.

Şimal-qərb küləyi əsəcək

6 Fevral 2018 15:18

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Maşının üstünə reklama görə çıxıbmış...

6 Fevral 2018 15:14

Ötən gündən etibarən maşının üstünə çıxaraq rəqs edən qız sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevirilib. Gənc xanım Cavanşir körpüsünün üstündə müğənni Nur Cəfərlinin adına olan "Hyundai" markalı maşının üstündə şou göstərib və yol hərəkəti qaydalarını pozub.

Azərbaycan Hökuməti ilə BQXK arasında saziş imzalanıb

6 Fevral 2018 15:07

Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında müvafiq sənədin imzalanması mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Hökuməti adından Sazişin müddətinin uzadılmasına dair Protokolu ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar.

Keçmiş millət vəkilinə AĞIR İTKİ - Oğlu öldü 

6 Fevral 2018 14:55

2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.

Övladlığa götürmədə valideynin icazəsi hansı halda nəzərə alınmır?

6 Fevral 2018 14:54

Hazırda nəinki Azərbaycanda, eləcə də dünyada övladlığa uşaq götürmə prosesi mürəkkəbliyi ilə müşühidə olunur. Nəzərə almaq lazımdır ki, bu seçimin məsuliyyət məsələsinin əvvəlcədən müəyyən edilməsi sonradan baş verə biləcək neqativ halların aradan qaldırılmasına hesablanıb. Azərbaycanın ailə qanunvericiliyində övladlığa götürmə üçün yaş həddi nəzərdə tutulmayıb. Lakin, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.

Uşaqlara “Arenda”, “Toybəy” adı qoymaq istəyiblər

6 Fevral 2018 14:38

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki "Adlar və soyadlar" komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur. Bunu  Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. 

Tahir Rzayev: “Bələdiyyələr bəzən əsassız yerə cərimələnirlər”

6 Fevral 2018 14:31

“Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabatın formatını dəyişdirmək lazəmdır, çünki elə məsələlər var ki, orada əksini tapır, eləsi də var ki, əksini tapmır və nəticə də də bəzi məqamlar vətəndaşlar üçün qaranlıq qalır”.“Olaylar”ın məlumatına görə, bunu deputat Tahir Rzayev Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib: “Xüsusilə də parlamentdə, komitəmizdə bələdiyyələrin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı deputatların xeyli səmərəli təklifləri olur.

Ciddi xəstəlik – Piylənmə

6 Fevral 2018 14:29

Bu gün dünyada, eləcə də ölkəmizdə bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Zamanında sağlam həyat tərzinə müraciət etmədikdə artıq çəki piylənməyə səbəb olur ki, bu da insan sağlamlığında müəyyən fəsadlar yaradır. Piylənmədən əziyyət çəkən şəxslər çox zaman bariatrik cərrahiyyəyə müraciət edirlər.

Dövlət qulluğunda işləmək istəyənlər fevralın 18-də imtahana çəkiləcəklər

6 Fevral 2018 14:26

Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək. Məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır.

Ermənilərin məhv etdiyi sərvətimiz

6 Fevral 2018 14:18

Azərbaycanın işğal olunmuş ərazilərində ümumilikdə 261 min hektar meşə ərazisi qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, işgaldan öncə həmin ərazilərdə 13 min 197 hektar qiymətli meşə sahəsi mövcud olub.

Azərbaycanda 10 min uzunömürlü yaşayır - Çoxu qadınlardır

6 Fevral 2018 14:03

Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib. U.Həşimova bildirib ki, rəsmi statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır: “Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Qeyd etmək lazımdır ki, pasport yaşının verifikasiyası, yəni dəqiqləşdirilməsi aparılanda göstərilən rəqəmlər dəyişə bilər”.

ƏƏSMN-də regionların sosial-iqtisadi ikişafı ilə bağlı müşavirə keçirilib

6 Fevral 2018 14:02

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

Virtual məkanda Azərbaycanı daha yaxşı tanıdılacaq

6 Fevral 2018 13:47

Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsi baş tutacaq. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır.

Abşeron rayonuna təbii qazın verilməsində məhdudiyyət yarandı

6 Fevral 2018 13:40

Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün  saat 1230-dan  etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb.