Sosial
Türkiyədə Xocalı abidəsi açılır
Türkiyənin Ədirnə vilayətində Xocalı soyqırımına həsr olunmuş “Tək millət, tək göz yaşı” abidəsi açılacaq. Məlumata əsasən, abidə Xocalı faciəsinin 26-ci ildönümü - fevralın 26-da açılacaq. Abidənin açılışında Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu, eləcə də Türkiyə və Azərbaycanın bir sıra millət vəkillərinin iştirakı gözlənilir.
Oqtay Şirəliyev: Epidemiyalar Azərbaycandan yan keçir
Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Məlumata görə, bunu Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Aqil ABBAS:"Zalım dostların, zalım qardaşların qardaşı "DRAKON" "
Qəbul imtahanlarının VAXTI AÇIQLANDI
Orfoqrafiya qaydalarının sayı artırıla bilər – Dilçi alim
"Azərbaycan dilinin Orfoqrafiya qaydaları" layihəsindəki qaydaların sayı artırıla bilər. Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin "Azərbaycan dilinin Orfoqrafiya qaydaları" layihəsinin müzakirəsi ilə bağlı keçirdiyi tədbirdə deyib.
“Hyundai” yolu keçən piyadanı vurub öldürdü
Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
“Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. “OLAYLAR” xəbər verir ki, Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.
Təhsil İdarəsi: Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb
Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. “Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi deyilib. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilir”, - İdarədən bildirilib.
Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu - Dilini və dodaqlarını yeyir - VİDEO
Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.
Ziya Məmmədovun 100 milyonluq layihəsi alınmadı
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 100 milyon manat vəsait hesabına qurduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev danışıb.
Bakıda film kimi olay: Qaz borusuna çırpılan avtomobil belə partladı- VİDEO
Yasamal rayonunda yeni tikilən binaların birinin önündə gecə saatlarında qorxudolu anlar yaşanıb. Məlumata görə, qaz borusuna çırpılan "Hyundai" markalı avtomobil dayanacaqda dayanan digər avtomobilin üstünə çıxıb. Nəticədə "Hyundai"dən partlayış səsləri gəlməyə başlayıb.
Binəqədidə daha 2 küçədə təmir-tikinti işləri yekunlaşır
Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir.
Respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib
2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq
“Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir”. “Olaylar” xəbər verir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var: “Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”.
Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib
“College of Europe” Universitetinin Polşanın paytaxtı Varşava şəhərində yerləşən kampusunda keçirilmiş “Cənubi Qafqazın üç ölkəsinin milli günü” tədbirində Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, universitetin tələbəsi, eyni zamanda Polşa Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı ilə baş tutran tədbirdə “Azərbaycan şərabları” stendi də yer alıb. Azərbaycanın qədim tarixi, musiqisi, ədəbiyyatı və mətbəxi barədə iştirakcılara geniş məlumat verilib. Daha sonra mədəniyyət proqramı çərçivəsində Azərbaycanın milli mahnılarını ifa edən trio - “Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu “Sarı gəlin” mahnısını ifa edib.











.jpg)


