Sosial
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı
Müdafiə Sənayesi Nazirliyi“Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Elza Seyidcahan zəhərlənib
Elşad Mirinin kitabı qadağan edildi
Boyunuz qısadırsa geyiminizdə bunlara diqqət edin!
Boyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur?. Elə isə işiniz uzun görünmənizi təmin edən hiylələrə qaldı.
Şəkərin orqanizmə vurduğu zərərlər!
Son illərdə aparılan tədqiqatlara görə, şəkər narkotik maddələrlə eyni səviyyədə təhlükə kəsb edir. Şəkərdən istifadə edənlər qısa vaxt ərzində şəkərdən asılı vəziyyətə düşürlər.
Abşeron Heydər Əliyev Mərkəzində Xalq Cümhuriyyətinə tədbir həsr olundu
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli rayon ictimaiyyəti ilə görüşüb.
Sükan arxasında yemək yeyənlər bunu mütləq oxusun!
Bir çoxları sükan arxasında qidalanmanı vərdiş halına salıb. Xüsusilə uzaq yol gedənlər və vaxtının çox avtomobildə keçirənlər bunu edir. SİA-nın məlumata görə, tanınmış dietoloq Leyla Zülfüqar açıqlamasında bildirib ki, tələsik qidalanma daha çox meqapolislərdə yaşayan insanlarda müşahidə edilir: “İşə yetişərkən və sair işlərin arxasınca gedərkən sükan arxasında qidalanırlar. Bu zaman isə daha çox fastfoodlara üstünlük verilir. Tez hazırlanan fastfood qidalarının ziyanlı olması barədə hər zaman danışırıq. Çünki bu qidaların bişirilmə forması yanlışdır. Bədəndə mübadilə sisteminin pozulmasına səbəb olan ən başlıca amildir”.
Antibiotiki əvəz edən 6 qida!
Xızıda yanğın - 4 avtomobil yanıb
Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılıb?- AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə məktəblərdə pul yığılması barədə yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb
“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.
ETSN-də müşavirə keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) geniş müşavirə keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə nazir Hüseyn Bağırov nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə danışıb. O bildirilib ki, ETSN tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər görülür: “Aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi ilə də bağlı işlər həyata keçirilir”.
Baş həkim: “İrandan Astaraya gələn xəstələrin sayı artıb”
“Tibbi dispanserizasiya çərçivəsində ötən il Astara rayonunun 106527 sakinindən 81883 nəfəri tibbi müayinədən keçirilib”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.
Regional proqramların uğurlu icrası sosial problemlərin həllinə yol açıb
Artıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bir sıra irimiqyaslı sosial layihələrin reallaşmasına da yol açdı. Məhz bu proqramların icrası nəticəsində əhalinin sosial rifah halı yaxşılaşdı, məşğulluq səviyyəsi artdı. Işsizlik problemi aradan qalxdı. Bu günlərdə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına dair keçirilən konfransda da bütün bunlar bir daha öz təsdiqini tapdı.
Üç rayon üzrə səyyar qəbul keçiriləcək
Fevralın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynləri qəbul edəcək. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.





.jpg)








