Sosial

Uşaqların əmək hüquqlarına dair seminar keçirilib

16 Fevral 2018 15:39

Azərbaycan qanunvericiliyi 15 yaşına çatmamış uşaqların müxtəlif işlərə cəlb olunmaqla onların əməyinin istismar olunmasını qadağan edir və  Beynəlxalq Əmək Təşkilatının 138 nömrəli “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” Konvensiyasına uyğun olaraq, ölkəmizdə yalnız yaşı 15-ə çatmış uşaqlar əmək müaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsinin bağlandığı işçinin yaş həddi 15-dən az olduqda, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də bunu avtomatik şəraitdə müəyyən edərək həmin müqavilənin qeydiyyata alınaraq rəsmiləşdirilməsi üçün qəbul olunmasından imtina edir.

Avropa Şurası ilə hüquqi sahədə səmərəli əməkdaşlıq davam edir

16 Fevral 2018 15:37

"Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək" adlı yeni layihənin təqdimat konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobovun və Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyesin ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşü keçirilib.

ETSN Səhiyyə Nazirliyinin müəssisəsində ekoloji pozuntu halı aşkarlayıb

16 Fevral 2018 15:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Lənkəran, Astara və Masallı rayonlarında keçirilən növbəti monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atdı

16 Fevral 2018 14:51

Fevralın 16-da saat 11 radələrində "Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. SOCAR-dan verilən məlumata İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib.

Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edib

16 Fevral 2018 14:41

Baş prokuror Zakir Qaralov fevralın 16-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.Qəbul zamanı müraciət edən 27 vətəndaşın hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həllini tapıb, həmçinin müraciətlərdə bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verilib.

Sosial şəbəkələr cəmiyyətin mənəvi-sosial durumunu müəyyənləşdirən barometrlərindən biri kimi

16 Fevral 2018 14:34

Adəti üzrə seçki ilində istənilən ölkədə siyasi aktivlik artır, siyasi partiya və təşkilatlar seçki hazırlıqları həyata keçirirlər. Azərbaycanda da bir neçə aydan sonra prezident seçkilərinin keçiriləcəyini nəzər aldıqda, hazırda siyasi fəallığın müşahidə edildiyini təbii qəbul etmək lazımdır. Məlum olduğu kimi artıq 13 nəfər ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq istəyində. Iddiasında olduğunu açıqlayıb.

Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir

16 Fevral 2018 14:19

Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır. Araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.

Azərbaycan narkomaniyaya və narkobiznesə qarşı mübarizənin önündədir

16 Fevral 2018 14:15

“Ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə ümumbəşəri problem olmaqla bərabər cəmiyyətin hər bir üzvünü düşündürən məsələdir. Qlobal cinayətkarlıq hesab olunan və korrupsiyaya qurşanmış mafioz qruplar tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən orqan və silah alveri kimi qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, tranferi dəhşətli fəsadlara yol açır.

Səlim Müslümov 4 rayon və şəhərin sakinləri ilə görüşüb

16 Fevral 2018 14:14

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda həmin rayonun, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Cinayətə aparan yollar

16 Fevral 2018 14:10

Son zamanlar ölkədə törədilən cinayətlərdə yeniyetmələrin adı daha çox hallanmaqdadır. Xırda xuliqanlıqdan tutmuş ağır cinayətlərdə belə yeniyetmələrin adlarının hallanması vəziyyətin ötəri olmamasındıan xəbər verir. İş o həddə çatıb ki, yeniyetmələr adi ailə, sevgi narazılığından intihara əl atır, məktəb yaşlı uşaqlar zorakılı xarakterli intim münasibətlərinə meyl edirlər. Maraqlıdır, bəs yeniyetmələrin cinayətə meylli olmalarının səbəbləri nə ilə bağlıdır?

11  kilometr dəmir yolu əsaslı təmir olunur

16 Fevral 2018 14:03

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmnətindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.