Sosial
Xidmət rəisi şimal zonasında vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Qusar rayonunda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, qəbulda 20 vətəndaş iştirak edib.
Xaləddin İsgəndərov tikintilərdən pul yığan qardaşı oğlunu rayondan qovdu
Yeniyetmələrdə ən önəmli dəyişiklik - İkincili cinsi əlamətlər nədir?
Yeniyetməlikdə meydana gələn dəyişikliklərdən ən önəmlisi ikincili cinsi əlamətlərin yaranmasıdır. Bu əlamətlər isə onlarda ruhi və sosial nəticələrə də səbəb olur. Şübhəsiz ki, yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara da çox rast gəlinir.
Gecə yatanda dabanlara yod çəkin - Hərbi həkimdən sirr
Tanınmış jurnalistlərdən biri atası sovet dövründə orduda xidmət edərkən hərbi həkimin əsgərlərə verdiyi bir məsləhəti tez-tez xatırlayırdı: "dabanına yod çək, hər şey keçəcək”.
Azərbaycanın bu sərvətləri YUNESKO siyahısına düşüb
Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bu agentliyə şöbə müdirləri təyin olundu
Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifələrinə təyinatlar olub. Bu barədə Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.
Meteohəssas insanlarda narahatlıq yaranacaq
Bakıda və Abşeron yarımadasında fevralın 17-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
“Əfv sərəncamı martda deyil, mayda verilə bilər”
Ola bilsin ki, əfv sərəncamı may ayında imzalansın. Bu sözləri açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib. O bildirib ki, hazırda mütəmadi olaraq Komissiyanın iclasları keçirilir: "Müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Bu səbəbdən də, əfvin Novruz bayramına çatıb-çatmayacağı bilinmir.
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor TƏYİNATI
Peşə ixtisas təhsilində alman təcrübəsi tətqiq edilir
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində seminar keçirilib. “OLAYLAR”-a ASK-dən bildirilib ki, ötən ildən icra edilən layihənin məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.
Parlament xüsusi iclas keçirəcək
Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub. Məlumata görə, iclas martın 30-da keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.














