Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor TƏYİNATI
16 Fevral 2018 13:10 SosialMərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a Hikmət Həşimovun Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edilməsi ilə bağlı xəbəri təsdiqləyib.
Hikmət Həşimov Bakı Sağlamlıq Mərkəzinin keçmiş müdiri olub.
Xatırladaq ki, dünən Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib və 7 saylı doğum evinin baş həkimi təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00