Sosial

Hökumət martın 16-da hesabat verəcək

16 Fevral 2018 12:56

Hökumətin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. Məlumata görə, Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək.İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Fəhlə tikintidə yıxılıb öldü

16 Fevral 2018 12:54

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.Məlumata görə, hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Ölkədə 6602 əcnəbi işçi çalışır

16 Fevral 2018 12:52

2017-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş, müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6602 nəfər təşkil edib.

Bağlanan iş yerlərinin statistikası açıqlanıb

16 Fevral 2018 12:51

Ötən il ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.“Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

“Bakcell”dən növbəti 5 startap layihəsinə dəstək

16 Fevral 2018 12:07

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb.

Həccə gedəcək zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub

16 Fevral 2018 12:01

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb. Məlumata görə, bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub. Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi(QMİ) məsuliyyət daşımır.

Fazil Məmmədov adamlarını ələ verməyə başladı - Siyahı hazırlanır

16 Fevral 2018 11:53

Ötən ilin dekabr ayının 5-də gözlənilmədən vergilər naziri postundan uzaqlaşdırılan  Fazil Məmmədov ətrafında yeni proseslər başlayıb. Əslində hər şey görüntü olaraq sabiq nazirin istəyinə uyğundur: ölkədən qaçmayıb, barəsində cinayət işi açılmayıb, hətta rəhbərlik etdiyi idman federasiyasında işini davam etdirir. Amma onun adı ətrafında cərəyan edən məsələlər də var ki, bunu elə F.Məmmədovun özü açıqlayıb.

Nazirlər Kabineti: Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək

16 Fevral 2018 11:47

Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazir Artur Rasizadə fevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.

Şabranda müasir yol infrastrukturu yaradılır

16 Fevral 2018 11:44

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.

Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır

16 Fevral 2018 11:35

Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır. Məlumata görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.4-cü maddəsinə (Prokurorluqda qulluq keçmənin yaş həddi) dəyişiklik edilir. Belə ki, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

16 Fevral 2018 11:29

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, mərkəz tərəfindən fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Kimlərin maaşının artacağı bilindi - 25 manatdan 120 manata qədər

16 Fevral 2018 11:19

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılacaq professor və dosentlərin sayı dəqiqləşdirilib. Çalışan və elmi adı olan 1.400 alimin - 1.060 dosent, 340 professorun əməkhaqqına artım əlavə ediləcək. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək. Artım yanvarın 1-dən hesablanacaq. Alimlərə artımların fevral ayının maaşını alarkən ödənilməsi nəzərdə tutulur.

Uşaqlarınızın həyatı TƏHLÜKƏDƏ!

16 Fevral 2018 11:18

"Kinder Joy" şokoladlı yumurtalardan körpələriniz zəhərlənə bilər. Bu haqda məlumatı "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov verib. Onun dediyinə görə bu barədə AİİB-ə şikayət daxil olub və məsələni araşdırıblar: "Azad İstehlakçılar" İctimai Birliyinə bununla bağlı müraciət etmiş istehlakçının ərizəsini diqqətinizə çatdıraraq bildirirəm ki, 3 gündür bu şikayət AİİB-ə daxil olub. Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir.

Bakının ortasında cəhənnəm: siçovullar, xəstəlik, uçqun... - REPORTAJ

16 Fevral 2018 11:16

Burada nəinki normal həyatdan, normal heç nədən söhbət gedə bilməz. Pillələrlə yuxarı qalxdıqca kəskin rütubət qoxusu adamı boğur. Hər nəfəs aldıqca ciyərlərimizə kif dolur. Söhbət Nəriman Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 8/9 ünvanında yerləşən 5 mərtəbəli binadan gedir.