Sosial

Alternativ qətimkan tədbirlərindən niyə istifadə edilmir?

20 Fevral 2018 14:16

Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”imzaladığı sərəncama əsasən Cinayət-Prosüssual Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Yerli problemlərin həlli: Rayonlarda təlim keçirilir

20 Fevral 2018 14:14

“Tərəqqi” Sosial Tədiqatlar İctimai Birliyi və Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İcmanın yerli problemlərin həllində səlahiyyətlərinin artırılması və yerli idarəetmə ilə əməkdaşlığının gücləndirilməsi” layihəsi davam edir. Layihə çərçivəsində icmanın fəal nümayəndələri üçün bacarıqların inkişafı təlimlərini hədəf rayonlarda keçirilir.

Suyu bu cür için və tez arıqlayın - VİDEO

20 Fevral 2018 14:08

Orqanizm fərqli olduğu üçün arıqladıcı dietlər də fərqli nəticələr verir. Bu dəfə sizə su ilə arıqlama reseptini təqdim edir. Su ilə orqanizmin piylərini bir neçə variantda əritmək olar. Hətta aclıq terapiyası da mümkündür.

İqtisadi inkişafın yeni mərhələsi dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək

20 Fevral 2018 13:53

Qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Amma Azərbaycanda həyata keçirilən düşünülmüş, mütərəqqi siyasət nəticəsində bu böhranın ölkəmizə təsiri cüzi olub. Reallaşdırılan islahatlar nəticəsində son bir neçə ildə sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib. 

Kimlər ətrafdakılara tələ qurmağa çalışırlar?

20 Fevral 2018 13:47

Mənfi emosiya olan paxıllıq insanı məhv edir. İlkin əlamətləri ünsiyyətdən sonra əhvalın pisləşməsi, qəzəbin, hətta depressiyanın yaranmasıdır. Paxıl insan özünü baxışları və davranışı ilə büruzə verir. Paxıllıq insanın sağlamlığına ciddi zərər yetirir. Belə ki, paxıllıq əsəb gərginliyinə səbəb olur, arterial təzyiqi qaldırır, həzm sisteminə və bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir.

HP ləğv prosesində olan banklarla bağlı yoxlama aparıb

20 Fevral 2018 13:44

Fevralın 20-də Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Bu barədə Palatadan verilən məlumata görə, iclasda “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, ləğv prosesində olan “Gəncəbank”, “Parabank”, “Bank Technique” və “RoyalBank” ASC-lərin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbirlərinin nəticələrinə dair Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Əmək pensiyalarına əlavələri nəzərdə tutan sənəd parlament müzakirəsinə çıxarılacaq

20 Fevral 2018 13:43

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklər ilə bağlı məsələ parlamentin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb.

Qanunu pozan şəxslərə 49268,99 manat məbləğində cərimə

20 Fevral 2018 13:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Bakıda 25 minə çaxır satılır – Foto

20 Fevral 2018 13:39

Alğı-satqı saytlarında fantastik qiymətə spirtli içkilər satışa çıxarııb.  1995-ci ildə Moldovadan alınan çaxır olduqca yüksək qiymətə satışa təqdim edilib. “Garling” kolleksiyasına məxsus qırmızı tünd üzüm çaxırı xüsusi "skripka" görünüşlü qablaşdırmanın içərisindədir. Çaxır nə az, nə çox, düz 25.000 manata təqdim edilib.

Qadına qarşı zorakılıq nədən irəli gəlir?

20 Fevral 2018 13:32

Qadın cinayətləri, qadına qarşı zorakılıq, qadın istismarı və s. kimi ifadələri son zamanlarda tez-tez eşitdirik. Bu ifadələr insanlara hədsiz narahatlıq verir, onların hüzursuzluqlarını getdikcə artırır. Müstəqil ekspert Nəzakət Bədirova deyir ki, bu kimi mənfi tendensiya təkcə bizim ölkəmiz üçün xarakterik deyil.

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

20 Fevral 2018 13:20

Fevralın 20-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Layihədə qanunun 7.0.1-ci maddəsində "dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)" sözləri "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)" sözləri ilə əvəz edilməsi təklif edilir.

Əlilliyi olan şəxslərin reyesteri elektron formada aparılacaq

20 Fevral 2018 13:18

Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Nazirlik: “Prezidentin sərəncamları ilə 33,6 min nəfərin təqaüdü artıb”

20 Fevral 2018 13:16

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə verilən prezident təqaüdünün artırılması haqqında sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq. Bu barədə “Olaylar”a Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Nazirliyin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Mikayıl Cabbarov sələfinin müşavirinə vəzifə verdi

20 Fevral 2018 13:07

Vergilər naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib. Məlumata görə, nazirin müvaffiq əmri ilə, Rəşad Vaqif oğlu Həbibov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.

Nazir müşaviri işdən çıxarıldı

20 Fevral 2018 12:50

Maliyyə Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirin müşaviri Rövşən Kərimov işdən çıxıb. Onu Elçin Qəhrəmanov əvəz edib.