Sosial

İstanbulda "Xocalıya Ədalət" fotosərgisi

20 Fevral 2018 16:24

Fevralın 20-də İstanbuldakı Yıldız Texnik Universitetinin Auditprium Mərkəzində Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi Xocalı soyqırımına həsr edilən "Xocalıya Ədalət" fotosərgisi keçirilib.

“Bu, hər kəsin başına gələ bilər ...” – Ziya Məmmədov evinin yanması xəbərindən DANIŞDI

20 Fevral 2018 16:22

Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib. 

"Nübar" qəsəbəsi və "Zəli gölü" adlanan ərazidə sürüşmə aktivləşdi

20 Fevral 2018 16:16

Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

Bu sürücülər 50 manat cərimələnəcək – Yeni qanun

20 Fevral 2018 15:44

Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək. Bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə 100 milyon manat borcun tam silinməsi nəzərdə tutulur

20 Fevral 2018 15:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirlən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib. Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi,  hazırlanan yeni “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.

Müəllim və valideynlər qəbul ediləcək

20 Fevral 2018 15:29

Fevralın 23-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə,səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıda türk liseyində direktor müavini şagirdi döydü - Şok

20 Fevral 2018 15:14

Ötən gün Nəsimi rayonu ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində direktor müavini 7-ci sinif şagirdini döyüb. Məlumata görə, Şahin Kəmalə Məmməd qızı 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, liseyin direktor müavini Kelez Talib Bayram oğlu dərs vaxtı oğlu Əli Şahini döyüb.

Prezidentin təklifi 155 milyon borca şamil olunacaq

20 Fevral 2018 14:55

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Yumurta qabıqlarını atmayın – FƏRQLİ İSTİFADƏ QAYDALARI

20 Fevral 2018 14:49

Yumurtanın qabığı da ən az özü qədər faydalıdır. Yumurta qabığından məişətin müxtəlif sahələrində istifadə etmək yollarını göstəririk. 

Səhiyyə Nazirliyi: "Azərbaycana dərmanlar daha çox Avropadan gətirilir"

20 Fevral 2018 14:30

"Azərbaycana bütün ölkələrdən dərman vasitələri idxal olunur". Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmokonəzarət sektorunun müdiri Elmin Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir: "Sonra bazarda əsasən Rusiya, MDBölkələri, Türkiyədən gətirilən dərmanlar üstünlük təşkil edir. Azərbaycana Banqladeş və Hindistandan da dərmanlar gətirilir. Lakin bunların sayı o qədər də çox deyil".

Xəstəxanadaxili infeksiyalar səhiyyənin aktual problemidir

20 Fevral 2018 14:24

Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edib

20 Fevral 2018 14:23

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər. “OLAYLAR” xəbər verir ki, fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Məktəbəhazırlıq qruplarının fəaliyyəti müzakirə olunub

20 Fevral 2018 14:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı görüş keçirilib. “OLAYLAR” xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd məktəbəhazırlıq qruplarında işin təşkili, müəllimlərdə zəruri bacarıqların formalaşdırıması və onların tədris səviyyəsini yaxından müşahidə etməkdən ibarətdir.