Sosial
1960-cı illərin ən dəbli azərbaycanlı qadını o olub
Rahibə dönmüş azərbaycanlı şair kimdi
Gəncədə polis rəisinin nöqsanlarına görə işdən çıxarılması xəbərinə RƏSMİ REAKSİYA
Bu gün bəzi KİV-lərdə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun tutduğu vəzifəsindən azad olunduğuna dair xəbərlər yayılıb.
Bayılda 67 ailəyə kirayə haqqı ödənildi - Hələ ki bir aylıq və minimum 100 manat
Bayıl yamacının sürüşmə zonasında yerləşən və təhlükəli vəziyyətdə olan 67 evin sahiblərinə birinci ay üçün kirayə haqqı ödənilib. Bu barədə sakinlər məlumat verib.
Zəvvarlara ziyarətdən imtina etdikləri halda qaytarılacaq məbləğlə bağlı şərtlər açıqlanıb
Azərbaycandan bu il Həcc ziyarətinə getmək üçün sənəd verən zəvvarlardan sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, sənəd verən ziyarətin başlanmasına ən azı 90 gün qalmış imtina ilə bağlı müraciət edənlərə ödənişlərinin tam məbləği qaytarılacaq.
Bakıda 49 manata dönər satılır - VİDEO
Prezident təqaüdünün artırılması neçə nəfərə şamil olunacaq?
Ağsuçay məcrasından çıxdı, evlər təhlükə qarşısındadır
Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər. Bu barədə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
Əri xəyanət edən qadından ŞOK ƏMƏL
Bakıda gənc qadın intihara cəhd göstərib. Hadisə Nəsimi rayonunda baş verib. 1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.
Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı, yaralılar var - FOTOLAR (YENİLƏNDİ)
Sumqayıt şəhər Təcili Tibbi Yardımdan verilən məlumata görə, xəstələr 2 gündür xəstəxanada saxlanılır: “Yaralılar ayın 19-u saat 12.45-də ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılovun vəziyyəti ağırdır. O, hazırda reanimasiyada saxlanılır. Xəstəyə bel, omba, çanaq və aşağı ətrafın əzikləri, sınığı diaqnozu qoyulub. Digər iki nəfər- 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli sol baldır və dizin əziyi, topuq sınığı, 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov döş qəfəsi və belin çoxsaylı əzik və sınıqları ilə xəstəxanaya gətirilib”.
Paytaxt yollarında sürət həddi aşağı salındı
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Baş epidemioloq: "Ölkədə infeksiyalardan ölüm faktı qeydə alınmayıb"
"Azərbaycanda xəstəxanadaxili infeksiyaların ləğvinə çalışırıq". Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, xəstəxanadaxili infeksiyalar epidemioloji həddi aşmayıb: "Bu gün ölkənin ən böyük xəstəxanalarında belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb".














